Hacı Tale Bağırovun məhkəməsi təxirə salındı

Mübariz ruhani Hacı Tale Bağırovun məhkəməsi naməlum səbəbdən təxirə salındı. Bu barədə İslamazeri.az-a vəkil Elnur Nəsibov məlumat verib.  
 
Vəkil qeyd edib ki, “Hacı Tale Bağırov bu gün həbsxanadan mənimlə əlaqə saxladı. O, bildirdi ki, məhkəmə iclası bu ayın 21-ə təxirə salınıb. Hacı Tale Bağırov məhkəmənin niyə təxirə salındığının onun üçün də aydın olmadığını deyib.“  
 
Məhkəmə prosesi Hacı Tale Bağırovun kamerasında mobil telefon tapılması ittihamı ilə bağlıdır.
 
Qeyd edək ki, Hacı Tale Bağırov 2013-cü ilin mart ayının 31-də hakimiyyətə qarşı sərt çıxışlar etdikdən sonra ikinci dəfə həbs olunub.
 
O, C.M.-nin 234.1 maddəsi ilə ittiham olunaraq, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə həbs edilib.