Hamını bir sual maraqlandırır: O da edam olunacaq?

Koreya Xalq Demokratik Respublikasında (KXDR) müdafiə naziri Çan Çon Nam istefaya göndərilib. Bu barədə ictimaiyyətə Yaponiyanın "Radio-Press" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, KXDR ordusunun başına sabiq Baş qərargah rəisi Hen Yen Çxol gətirilib.
 
Qeyd edək ki, Şimali Koreyada müdafiə nazirinin istefaya göndərilməsinin səbəbləri məlum olmasa da, dünya KİV-ləri bir məsələnin sualına cavab axtarmağa başlayıb. Bu, vəzifədən kənarlaşıdırlmış Çan Çon Namın gələcək aqibəti ilə bağlıdır. Ölkədə yüksəkçinli şəxslərdən bəzilərinin vəzifədən salınmasından sonra edam olunmasını nəzərə alaraq müdafiə nazirinin aqibəti hamıda maraq doğurur./Azadxeber