Hansı ölkədə neçə saat oruc tutulacaq? - Siyahı

Mübarək Ramazan ayını yaşayırıq. Dünyanın dörd bir yanında müsəlmanlar günün böyük hissəsini yeməkdən, içməkdən pəhriz edərək, oruc tuturlar. Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzi ölkələrdə bu müddət 20-21 saatadək davam edir.

Maide.az-ın məlumatına görə, ən uzun oruc Avropa ölkələrində olacaq. Danimarkada 21 saat oruc tutulacaq. Ən azı oruc tutan ölkə isə Argentina olacaq. Burada müsəlmanlar 9 saat 30 dəqiqə oruc olacaqlar. Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişir.

Cənubi Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzayir, Liviya, Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15 və Misirdə 16 saat 30 dəqiqə oruc tutacaqlar.

Avstraliyada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları iftarı 12 saat gözləməli olacaqlar.  Qonşu İranda müsəmanlar 16 saat 40 dəqiqə oruc tutacaqlar.

İraq, Suriya, Küveyt və İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50 dəqiqə, Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn və Ərəbistanda isə 15 saat oruc tutulacaq.

Avropya doğru irəlilədikcə  oruc saat gedərək uzanır. Ən uzun oruc saaatı isə Danimarkada olacaq. İslandiyanın paytaxtı Rekyavik, İsveçin Kiruna və Norveçin Tromse şəhərlərində Ramazanın ilk günü 22 saata yaxın oruc tutulacaq. Stokholm, Oslo, Kopenhagen və Helsinki kimi şəhərlərdə isə müsəlmanlar 21 saata yaxın oruc qalacaq.

İspaniya və Türkiyədə 17, İngiltərə və Almaniyada isə 16 saat oruc tutulacaq.

Amerikada müsəlmanlar 15 saat iftarı gözləməli olacaqlar. Meksikada isə bu müddət 13 saat olacaq.

Azərbaycanda isə oruc tutanlar təxminən 17 saat 30 dəqiqə iftarı gözləməli olacaqlar.

Məlumat üçün bildirək ki, hər bir dində oruc tutmaq, orqanizmi həm fiziki, həm mənəvi baxımdan təmizləmək ənənəsi var. İslamda il ərzində bir dəfə - Mübarək Ramazan ayında oruc tutmaq buyurulub. Artıq 3 ildir ki, Ramazan yay fəslinə təsadüf edir.