Hesab çəkənlərin ən sürətlisi

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ənam” surəsinin 62-ci ayəsində buyurur:

ثُمَّ رُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ أَلاَ لَهُ الْحُكْمُ وَهُوَ أَسْرَعُ الْحَاسِبِينَ

Sonra xalq Allaha, həqiqi mövlasına doğru qaytarılar. Agah olun ki, yardım mühakimə yalnız Allaha məxsusdur. O, hesab çəkənlərin ən sürətlisidir.”

Rəvayətlərdə bildirilir ki, Allah Öz bəndələrinin hesabını bir qoyunu sağmaq müddətində – olduqca tez bir zamanda – aparar.[1]

Həzrət Əlidən (ə) soruşdular: “Allah bu qədər məxluqun hesabına necə yetişir?” Həzrət buyurdu: “Onlara ruzi çatdırdığı kimi.” Sual olundu: “Görünmədiyi halda necə hesab aparır?” Həzrət buyurdu: “Necə ki, görünmədiyi halda bəndələrin ruzisini verir.”[2]

Sual: “Allahın hesab aparması ayə və rəvayətlərdə göstərildiyi kimi sürətlə gerçəkləşirsə, nə üçün Qiyamət günü bir bu qədər uzundur?

Cavab: Qiyamətin uzunluğu bir növ cəzadır. Onun uzunluğunu hesabın çətinliyi ilə ölçmək olmaz.[3] (Hesabın tezliyinə gəldikdə, insan Allahın məxluqu olduğu halda, bugünkü dünyada kompüter vasitəsi ilə bir dəqiqədən də az müddətdə olduqca böyük hesabatlar aparır.)

Bildirişlər

1. Hamı Allaha doğru qayıdasıdır və Qiyamətin yeganə qazisi Odur.

2. Həqiqi mövla odur ki, yaratmaq, nəzarət etmək, yuxu və oyaqlıq, ölüm və dirçəliş, mühakimə və hesab Onun əlində olsun.

3. Allahdan savay bütün mövlalar batil və ya məcazidir. İlahi peyğəmbər və övliyaların hakimiyyəti isə Onun hakimiyyətinin bir şöləsidir.

4. Allahın hesab sürəti bütün hesab növlərindən itidir.

5. Hesabın tezliyi və işlərə nəzarət ilahi bir dəyər və üsuldur. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.3, “Ənam” surəsi, 62-ci ayənin təfsiri.)

Maide.az

 



[1] “Təfsire-Məcməül-bəyan”; “Təfsire-Nurus-səqəleyn”.

[2] “Nəhcül-bəlağə”, k. 300.

[3] “Təfsire-Ətyəbul-bəyan”.