Hicab məhbuslarından üçü azadlığa buraxılıb (FOTO)

Həbs müddəti başa çatan hicab məhbusları azadlığa çıxıb
 
Bu gün həbs müddətləri tamam olan Nofəl Məmmədov, Bəxtiyar Ağayev və Elçin Məmmədov artıq həbsxanadan buraxılıb.
 
Məhəmməd Qənbərov və digər məhbusun da bu gün buraxılacağı gözlənilir.
 
Məlumat üçün bildirək ki, bu gün azadlığa çıxan dindarlar 2012-ci ilin 5 oktyabr tarixində “hicaba azadlıq” aksiyasında iştirak etdiyi üçün həbs olunublar.Hicab məhbusları Nərimanov rayon məhkəməsinin hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.