Hüquq müdafiəçiləri 82 siyasi məhbusun siyahısını AŞPA-ya təqdim ediblər

Siyahı beynəlxalq diqqətin siyasi məhbus probleminə yönəldlməsi məqsədilə açıqlanıb

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri iyunun 24-də AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycanda siyasi məhbusların vahid siyahısını AŞ qurumlarına, həmçinin beynəlxalq ictimaiyyətin nümayəndələrinə təqdim ediblər.
 
Siyahı siyasi məhbus anlayışının müəyyən edilməsi məqsidlə AŞPA-nın 3 oktyabr 2012-ci il tarixli 1900 saylı qətnaməsində əksini  tapan meyarların əsasında hazırlanıb.
 
Siyahı beynəlxalq diqqətin siyasi məhbus probleminə yönəldlməsi məqsədilə açıqlanıb. Problemin həllinə nail olmaq üçün hökumətin insan hüquqları sahəsində beynəlxalq öhdəlikləri çərçivəsində ölkə QHT-ləri tərəflərlə müzakirələrə hazırdır.
 
Siyahı insan hüquqları, əsasən siyasi məhbuslar məsələsi ilə məşğul olan 11 QHT tərəfindən tərtib edilib. Bu barədə Turan-a Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov bildirib.
 
Onların arasında Hüquqi Maarifləndirmə Cəmiyyəti, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Siyasi Azadlıqların Müdafiəsi Alyansı, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Reportyorıarın Azadlıq və Təhlükəsizliyi İnstitutu, “Demokratik monitor”, Media Hüququ İnstitutu, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi də var.
 
Dərhal və şərtsiz azadlığa buraxılması tələb olunan şəxslərin sırasında 29 nəfər, o cümlədən jurnalistlər və blogerlər Əbdül Əbilov, Sərdar Əlibəyli, Pərviz Həşimli, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu, Əvəz Zeynallı, həmçinin hüquq müdafiəçiləri Anar Məmmədli, Bəşir Süleymanlı, Qurban Məmmədovvə Emil Məmmədov var.
 
Sonra gənc fəallar gəlir – NİDA hərəkatının 7 üzvü və Orxan Eyyubzadə, “siyasətçilər” İlqar Məmmədov, Nemət Pənahlı, Yadigar Sadıqov gəlir.
 
“İctimai fəallar” Tale Bağırzadə, həmçinin XTPD işi üzrə ömürlük həbs olunmuş Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov da siyahıya daxildir.
 
52 siyasi məhbusun işinə yenidən baxılmalıdır. Onların arasında jurnalistlər Nicat Əliyev və Araz Quliyev də var.
 
Sonra müxtəlif dindar qrupları gəlir – Səid Dadaşbəylinin işi üzrə 10 nəfər, İslam Partiyası rəhbərliyinin işi üsə 5 nəfər (lider Mövsüm Səmədov daxil olmaqla), 2012-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında məktəblərdə hicaba qadağaya etiraz aksiyasına görə həbs olunan 9 nəfər, 2012-ci il oktyabrın 5-də analoji aksiyada iştiraka görə 13 nəfər, 2012-ci ilin sentyabrında Masallıda həbs edilən 6 nəfər, teoloq Abgül Süleymanov.
 
Keçmiş məmurlar kateqoriyasına eks-nazirlər Əli İnsanov, Nicat Quliyev, prezidentin keşmiş işlər müdiri Akif Muradverdiyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı Asif Lətifov daxildir.
 
Bununla yanaşı bu kateqoriyaya İsmayıllı işi üzrə mühakimə edilən yerli fəal Vasif İbrahimov və yerli jurnalist Elçin İsmayıllının qardaşı Elşən İsmayıllı daxildir.
 
Nəhayət, həmin siyahıda AXCP lideri Əli Kərimlinin qaynı Elnur Seyidov var.
 
Xatırladaq ki, ötən gün AŞPA Bürosu Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmasının AŞPA Hüquqi məsələlər və insan hüquqları komitəsinə verilməsi barədə qərar qəbul edib. Komitə siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edəcək və qətnamə layihəsi hazırlayacaq.