'Həşdi-şəbi' şəhidləri 'Amerikaya ölüm' və 'Israilə ölüm' şüarları ilə dəfn olundu
Bu gün İraqın paytaxtı Bağdadda minlərlə insan ötən gün ABŞ hücumu nəticəsində şəhid olan “Həşdi-şəbi” qüvvələrinin şəhidlərinin dəfn mərasimində iştirak edib.
Maide.Az xəbər verir ki, Əl-Cadiriyyə bölgəsində keçirilən dəfn mərasimində iştirakçılar Həşdi – şəbi şəhidlərini “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları ilə son mənzilə yola salıb.
Dəfn mərasimində iştrak edənlər işğalçı ABŞ-ın Suriya ilə sərhəddə Qaim bölgəsini bombalamasını pisləyiblər.
Dəfn mərasimində İraqın Milli Təhlükəsizlik müşaviri, Silahlı qüvvələrin komandirləri, Həşdi-Şəbi komandanlığı və İranı digər rəsmi şəxsləri iştirak edib.