Çinli fəhlələr İŞİD-ə görə qaçdı

1200 çinli fəhlə silahlı toqquşmaların davam etdiyi İraqın şimalındakı Samirə şəhərindən evakuasiya olunub.
 
Çin Samirə şəhərində elektrik stansiyasını qurur. Lakin son vaxtlar tikilməkdə olan obyektin yaxınlığında hökumət qoşunları ilə İraq İslam Şam Dövləti (İŞİD) silahlıları arasında döyüşlər gedir.
 
İyunun 25-də isə 45 çinli fəhlə şəhərdən çıxarılmışdı.
 
Hazırda İraqda 10 mindən çox çinli fəhlə və mühəndis işləyir./ azadliq