'Instagram' nasazlıqlar barədə istifadəçiləri məlumat verəcək

İnsanların çətinliklərinin fərdi olduğunu düşünməmələri və narahat olmamaları üçün "Instagram" sosial şəbəkəsi istifadəçilərinə qüsurlar və texniki problemlər barədə məlumat verəcək.
 
Maide.Az xəbər verir ki,  bu barədə sosial şəbəkənin bloqunda deyilir.
 
Bildirişlər hər uğursuzluqla əlaqədar göndərilməyəcək, ancaq platformanın bir insanın problemlə qarşılaşdığını və səbəbini başa düşmədiyini görərsə göndəriləcək. Hələlik sözügedən funksiya yalnız ABŞ-da işə salınıb. Yeni funksiya bir neçə ay ərzində testdən keçiriləcək.
 
Bundan başqa, istifadəçilərə hesablarının vəziyyətini öyrənməyə imkan verən bir funksiya da təqdim edəcək. Məsələn, bir insan icma qaydalarını pozduğu halda, səhifəsi bloklanma riski altına düşəcək. Sonradan sözügedən bölməyə daha çox məlumat əlavə olunacaq.