İşçi Qrup: 112 nəfər siyasi məhbus var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib.
 
Siyahı cari ilin 25 noyabrına qədər olan dövrü əhatə edir.
 
Bildirilib ki, İşçi Qrup 112 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısındadır:
 
Siyasi məhbus kimi tanınmış 112 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:
 
- 45-i inanclı fəallar - bu qrupa,  namaz məhbusu Sərdar Babayev (Hacıhəsənli),  Mövsüm Səmədov, Taleh Bağırzadə, Fəramiz Abbasov, Rufulla Axundzadə, Fərhad Muradov,  Abgül Süleymanov, Fərhad Balayev, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev,Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibala Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağaəli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Faiq Allahverdiyev, Məhəmmədəli Axundzadə, Əhsən Nuruzadə, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev .  
 
- 5-i jurnalist və blogerlər (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov), 
 
- 7-si siyasi və ictimai fəallar (Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov), 
 
- 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov), 1-i siyasi girov (Emin Saqiyev),
 
- 3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov),
 
- 48-i Gəncə işi ilə bağlı tutulanlar (Kamal Quliyev, Raul Süleymanov, Ülvi Həsənov, Vüqar Allahverdiyev, Samir İbrahimov, Xəyal Qafarov, Əli Rzayev, Maarif Hacıyev, Şahlar Rzayev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Kamal Məhərrəmov, Seymur Əliyev, Toğrul Verdiyev, Orxan Yağnəliyev, Araz Həsənov, Vaqif Əşrəfov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Renat Məmmədov, Vüqar Xudiyev, Elman Rüstəmov, Yavər İsmayılzadə, Zabil Məmmədov, Qənbər Qarazadə, İsa Məhərrəmzadə, Aydın Rüstəmov, Alim Yusifov, Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Oktay Hüseynzadə, Ürfan Məmmədov, Hüseyn Bayramov, Rauf Bayramov, Elşən Məmmədov, Abbas Abbasov, Sabir Əzizov, Gülmirzə Nurzadə, Riyad Nurizadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Cabir Əzizov, Aqşin Əsgərov)”.
 
 
İşçi Qrup hazırda məhkəməsi gedən 11 nəfərin işləri üzrə məhkəmə proseslərinin monitorinqini apardığını, sənədlərini araşdırdığını qeyd edib:
 
“Onların əksəriyyəti ötən ilin 10 iyul tarixində Gəncə şəhərində keçirilmiş dinc etiraz aksiyası ilə bağlı tutulanlardır. Bu siyahıya aşağıdakılar daxildir: 1-i jurnalist (Şəfəq Ağabalayeva), 9-u Gəncə işi ilə bağlı tutulanlar (Firudin Zeynalov, Orxan Hüseynov, Səxavət Əhmədov, Rasim Heydərov, Mirməcid Abbasov, Ariz Feyzi-Zadə, Elmir Məmmədov, Nofəl Məmmədov, Eltun Əliyev), 1-i “digərləri” (Renad Əliyev)”.
 
İşçi Qrupun sentyabrın 3-də təqdim etdiyi sonuncu hesabatdan sonra 8 nəfərin azadlığa buraxıldığı bildirilib:
 
“Onlardan 5-i (Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov, Emil Məmmədov, Əliabbas Rüstəmov) məhkəmə qərarı ilə, 3-ü (Rza Ağalı, Ziya Tahirov, Asif Yusifli) isə cəza müddəti bitdiyi üçün azad edilib. Ötən müddətdə bir nəfər - Eşqin Quliyev həbsdə ikən ağır xəstəlikdən (QİÇS və Hepatit C) vəfat edib”.
 
Sonuncu hesabatdan sonra 2 nəfər- Paşa Umudov və Aqşin Əsgərov siyasi məhbus kimi tanınaraq siyahıya əlavə edilib.
 
Məlumatda daha sonra qeyd olunub ki, hesabat dövründə inzibati həbslər dramatik şəkildə artıb. Müxalifətin 19 oktyabrda Bakının mərkəzində keçirdiyi dinc etiraz aksiyasından öncə və sonra tutulmuş 40-a yaxın fəal inzibati həbs cəzasına məhkum edilib və həmçinin onlarla şəxs inzibati qaydada cərimələnib. /meydan.tv