Iranda sərnişin qatarı yük qatarı ilə toqquşub

yaralananlar var

Bu gün səhər Məşhəd şəhərindən Şuştər istiqamətinə hərəkət edən qatar Lorestan əyalətində Həft Tənq dayanacağında yük qatarı ilə toqquşub.

Maide.az-ın İrna agentliyinə istinadən məlumatına görə, hadisə bu gün səhər yerli vaxtla saat 05:50-də baş verib. Sərnişin qatarında 187 sərnişin olub.  Hadisə nəticəsində bir neçə nəfərin yaralandığını bildirilsədə onların sayı açıqlanmayıb. Yaralılar müalicə üçün Əndimeşk xəstəxanasına çatdırılıblar.