I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - RƏSMİ

2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna mart ayında başlanacaq.
 
Bu barədə Təhsil Nazirliyindən azedu.az-ın sorğusuna cavab olaraq bildirilib.
 
Məlumatda qeyd olunub ki, ümumtəhsil məktəblərində I sinfə şagird qəbulunun cari ilin mart ayında başlaması nəzərdə tutulur. 
 
I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.