Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb

“Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu azad etməli və bütün ittihamları onun üzərindən götürməlidir”.

 
Bu barədə “Azel TV” İnternet nəşrinin rəhbəri Əfqan Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.
 
Noyabrın 3-də Ə.Sadıqov pul tələb etmək ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları təkzib edib və peşə fəaliyyəti ilə əlaqədar təqib olunduğunu bildirib. Ə.Sadıqov etiraz əlaməti olaraq noyabrın 4-də aclıq elan edib. Müdafiə tərəfi apellyasiya verəcək./turan/