Kərbəlanın məzlum balalarından Xanım Rüqəyyənin (sə) şəhadət günüdür -FOTO

Səfər ayının 5-i, bu il miladi təqvimi ilə noyabrın 17-i Xanım Rüqəyyənin (sə) şəhadət günüdür. Əhli-Beyt (ə) aşiqləri dünyanın hər yerində bu hüznlü günü yaşadır, Xanımın (sə) çox az və məşəqqətli keçən həyatını bir daha hüznlə yad edirlər. 
 
Maide.az xəbər verir ki, son illərdə İŞİD terrorçuların həyata keçirdiyi hücumlar üzündən Xanım Rüqəyyənin (sə) müqəddəs hərəmində bu mərasim qeyd edilə bilmirdi. Lakin ötən gecədən Xanımın (sə) zəvvarları yenidən artmağa başlayıb. Xanımın (sə)  Suriyada yerləşən müqəddəs hərəmində onun şəhadət günü münasibətilə əzadarlıq mərasimi keçirilib. Bu son zamanlarda keçirilən ilk belə məclisdir. Sözügedən məclisdən və müqəddəs hərəmdən çəkilmiş ən son görüntüləri təqdim edirik. 
 
İmam Hüseynin(ə) məzlum qızı Xanım Ruqəyyə (sə) Şamın (hazırda Suriya paytaxtı Dəməşq, - red.) xarabalıqlarından birində şəhid olub. Bu münasibətilə başda Həzrət İmam Zaman (əf) olmaqla bütün Əhli-Beyt (ə) aşiqlərinə başsağlığı veririk. /