KƏRBƏLA ƏSİRLƏRİ MƏDİNƏDƏ

“Aşura” karvanı uzun bir yol keçdikdən, çətin və əziyyətli günlər yaşadıqdan, bir çox dil yaraları eşitdikdən, ağır müsibətlərə sinə gərdikdən sonra Mədinəyə doğru üz tutdular. Kərbəladan Kufəyə və Kufədən Şama qədər bütün yollar əziyyət və çətinliklərlə dolu idi. Kufədə İbn Ziyadın və Şamda Yezidin məclisi, bütünlüklə, hər yer məzəmmətlə dolu idi. Eyni halda, bəşərin tarix və müqəddəratında yaratdığı böyük dəyişiklik üçün iftixar və başucalığı hiss edən bu karvan, nəhayət, Mədinəyə doğu hərəkətə başladı. Əsirlərin Şama daxil olduğu vaxt camaatın şadlıq və gülüşü, artıq, peşmançılıq və göz yaşı ilə əvəz olunmuşdu. Camaat göz yaşları ilə karvanı müşayiət edir və öz nalələri ilə Əbu Süfyan, Müaviyə və Yezidin ünvanına lənət göndərirdilər.

Karvan Nöman ibn Bəşirin (və yaxud Bəşir ibn Cəzləmin) rəhbərliyi ilə Mədinəyə tərəf döndü. Hamı bunu düşünürdü ki, imam Hüseynin (ə) və digər Əhli-beyt üzvlərinin şəhadət xəbərini Mədinə xalqına necə çatdırsın və Mədinəyə necə daxil olsunlar? Karvan imam Səccadın (ə) göstərişi ilə Mədinə yaxınlığında dayandı. Yükləri açdılar, xeymələri qurub, qadın və uşaqları aşağı endirdilər. Aşura karvanı Mədinəyə daxil olmazdan qabaq böyük bir xəbərdən agah olmalı idi. İmam Səccad (ə) Bəşirə buyurdu: “Bəşir! Mədinəyə get və imam Hüseynin (ə) şəhadət xəbərini Mədinəyə çatdır.”

Bəşir ata minib Mədinəyə doğru tələsdi. Camaatı Peyğəmbər (s) məscidinə topladıqdan sonra ağlaya-ağlaya dedi:

يا أهل يثرب لا مقام لكم بِها

قتل الحسين فَاَدمُعِي مِدرار

الجسم منه بكربلاء مضرِّج

و الرأس منه على القناة يُدار

“Ey Mədinə camaatı! Artıq Mədinədə qalmayın, çünki Hüseyni (ə) öldürdülər. Buna görə də, gözlərimdən su sel kimi axır. Hüsеynin (ə) bədəni Kərbəlada al-qana bulaşıb, kəsik başını nizəyə sancaraq şəhərbəşəhər gəzdirdilər.” Sonra dedi: “Ey Mədinə camaatı! Əhli-beytdən sağ qalanlar şəhərin kənarındadır. İndi imam Səccad (ə) öz bibiləri və bacıları ilə birlikdə sizin yaxınlığınızda, şəhərin kənarında çadır qurmuş, məni sizin yanınıza göndərmişdir ki, şəhər əhalisini baş vermiş hadisədən agah edim.” Bunu еşidən mədinəlilər fəryad çəkib ağlamağa başladılar.

Mədinə camaatı Bəşirlə birgə Əhli-beytə doğru tələsdi. İmam Səccad camaat üçün xütbə oxudu və Allahın onlara nəsib etdiyi və öhdəsindən gəldikləri böyük bir imtahan üçün Allaha şükür deyib, hamını Peyğəmbərin (s) pak Əhli-beytinə üz verən böyük müsibətlər, çətinliklər və hadisələrdən xəbərdar etdi. Həzrət buyurdu:

الحَمدُ لِلّهِ رِبِّ العالَمِينَ مالِكِ يَومِ الدِّين بارِئِ الخَلائِقِ أَجمَعِينَ الَّذِي بَعُدَ فَارْتَفَعَ فِي السَّماواتِ العُلىٰ وَ قَرُبَ فَشَهِدَ النَّجوىٰ نَحمَدُهُ عَلىٰ عَظائِمِ الأُمُورِ وَ فَجائِعِ الدُّهُورِ وَ أَلَمِ الفَجائِعِ وَ مَضاضَةِ اللَواذِعِ وَ جَلِيلِ الرُّزءِ وَ عَظيمِ المَصائِبِ الفَاظِعَةِ الكاظَّةِ الفادِحَةِ الجائِحَةِ

أَيُّها القَومُ إِنَّ اللهَ وَ لَهُ الحَمدُ ابتَلانا بِمَصائِبَ جَليلةٍ وَ ثُلمَةٍ فِي الإِسلامِ عَظيمَةٍ قُتِلَ أبو عَبدِ اللهِ الحُسَينُ ع وَ عِترَتُهُ وَ سُبِيَ نِساؤُهُ وَ صِبيَتُهُ وَ دارُوا بِرَأسِهِ فِي البُلدَانِ مِن فَوقِ عامِلِ السِّنانِ وَ هذِهِ الرَّزيةُ الَّتِي لَيسَ مِثلُها رَزِيَّةً.

أَيُّها النّاسُ فَأَيُّ رِجالاتٍ مِنكُم يَسُرُّونَ بَعدَ قَتلِهِ أَم أَيُّ فُؤادٍ لا يَحزُنُ مِن أَجلِهِ أَم أَيَّةُ عَينٍ مِنكُم تَحبِسُ دَمعَها وَ تَضِنُّ عَن انهِمَالِها فَلَقَد بَكَتِ السَّبُعُ الشِّدادُ لِقَتلِهِ وَ بَكَتِ البِحارُ بِأَمواجِها وَ السَّماواتُ بِأَركانِها وَ الأَرضُ بِأَرجائِها وَ الأَشجارُ بِأَغصانِها وَ الحِيتانُ وَ لُجَجُ البِحارِ وَ المَلائِكَةُ المُقَرَّبُونَ وَ أَهلُ السَّماواتِ أَجمَعُونَ. يا أَيُّها النّاسُ أَيُّ قَلبٍ لا يَنصَدِعُ لِقَتلِهِ أَم أَيُّ فُؤادٍ لا يَحِنُّ إِلَيهِ أَم أَيُّ سَمعٍ يَسمَعُ هذِهِ الثُّلمَةَ الَّتِي ثَلُمَتْ فِي الإِسلامِ وَ لا يصُمُّ

أَيُّها النّاسُ أَصبَحنا مَطرُودِينَ مُشَرَّدِينَ مُذَوَّدِينَ وَ شاسِعينَ عَن الأَمصارِ كَأَنّا أَولادُ تُركٍ وَ كابُلٍ مِن غَيرِ جُرمٍ اجتَرَمناهُ وَ لا مَكرُوهٍ ارتَكَبناهُ وَ لا ثُلمَةٍ فِي الإِسلامِ ثَلمْناها ما سَمِعنا بِهذا فِي آبائِنا الأَوَّلِينَ إِنْ هذا إِلّا اختِلاقٌ وَ اللهِ لَو أَنَّ النَّبِيَّ تَقَدَّمَ إِلَيهِم فِي قِتالِنا كَما تَقَدَّمَ إِلَيهِم فِي الوِصايَةِ بِنا لَمَا زَادُوا عَلىٰ ما فَعَلُوا بِنا فَإِنّا لِلّهِ وَ إِنّا إِلَيهِ رَاجِعُونَ مِن مُصِيبَةٍ ما أَعظَمَها وَ أَوجَعَها وَ أَفجَعَها وَ أَكظَّها وَ أَفظَعَها وَ أَمرَّها وَ أَفدَحَها فَعِندَ اللهِ نَحتَسِبُ فِيمَا أَصابَنا وَ مَا بَلَغَ بِنا فَإِنَّهُ عَزِيزٌ ذُو انتِقامٍ.

“Həmd aləmlərin Rəbbinə, qiyamət gününün hakiminə və bütün məхluqların хaliqinə məxsusdur. Həmd o Allaha məxsusdur ki, ağıllar onun dərkindən acizdir və gizli sirlər Onun yanında aşkardır. Həyatın çətinlik və giriftarlıqlarında, dərdli bəla, qəm-qüssə, böyük və ağır müsibətlərdə Allaha həmd-səna edirik. Еy camaat! Həmd olsun o Allaha ki, bizi böyük müsibətlərlə imtahan еtdi. İndi İslamda Əba-Əbdillah Hüseyn (ə) və onun Əhli-beytinin öldürülməsi, əhli-əyalının əsir edilməsi kimi ağır itki baş vermişdir. Onun müqəddəs başını nizəyə sancıb şəhərbəşəhər gəzdirdilər. Bu misilsiz bir faciədir. Еy camaat! Sizin hansı biriniz Hüsеynin (ə) şəhadətindən sonra sevinəcək? Hansı qəlb ona görə qəmgin olmyacaq? Hansı göz ağlamayacaq? Halbuki atamın şəhadətində səmalar ağladı, dəryalar öz dalğaları ilə ona matəm tutdu. Asimanlar guruldadı, yеrin fəryadı ucaldı, ağacların şaхələri, dəryadakı balıqlar, müqərrəb mələklər və bütün səma əhli bu müsibətdə matəm saхladı. Еy camaat! Hansı qəlb Hüsеyni (ə) istəmir? Hansı qulağın İsamdakı bu itkini еşitməyə taqəti var? Еy camaat! Bizi pərakəndə еdib öz şəhərlərimizdən uzaqlaşdırdılar. Guya biz Türküstan, yaхud Kabul əhli idik. Günah və təqsirimiz olmadan bu qədər zülmü bizə rəva gördülər. Allaha and olsun, əgər Pеyğəmbər (s) bizim haqqımızda onlara еtdiyi sifarişlərin əvəzində bizimlə müharibə еtməklərini fərman vеrsəydi, bu zülm və sitəmdən artıq bir iş görə bilməzdilər. Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq! Bizim müsibətimiz nеcə ürəkyandıran, böyük, acı və çətindir! Mütəal Allahdan diləyirəm ki, bu müsibətlər və çətinliklərin əvəzində bizə Öz əcr və rəhmətini göndərsin, düşmənlərin bizə qarşı еtdikləri bu qədər zülmün hеsabına yеtişsin. Çünki, intiqam alan və qüdrət sahibi yalnız Odur!”

Bu xütbədən sonra Aşura karvanı Mədinə camaatının nalə və şivən sədaları ilə şəhərə daxil oldu. Əhli-beytin gözü Peyğəmbərin (s) qəbrinə sataşdıqda, nalələr daha da ucaldı və Peyğəmbərlə (s) dərdləşməyə başladılar: “Ey Allahın Rəsulu! Sənin gözlərinin nuru olan Hüseyni susuz şəhid etdilər və Əhli-beytini əsir edib şəhidlərin kəsik başları ilə birlikdə şəhərbəşəhər dolandırdılar!” (“Lühuf”, Seyid ibn Tavus, səh.142-145.)

Allahın salam və salavatı olsun şəhidlər sərvəri Hüseyn ibn Əliyə (ə) və pak Əhli-beytinə!

Rza Şükürlü