Kərbəla şəhidləri - Əbdürrəhman ibn Əqil

O, Müslim ibn Əqilin qardaşı, İmam Əlinin (ə) kürəkənidir və o Həzrətin Zeynəbi-Suğra ləqəbi ilə tanınan Xədicə adlı qızı ilə evlənmişdir.
 
Bəzi tarixi mənbələrdə onun şəhadətə yetdiyi zaman 35 yaşında olduğu qeyd edilmişdir.
 
O, döyüş zamanı bu rəcəzi oxuyurdu:
 
أَبي عَقيلٌ فَاعْرِفُوا مَكَانِي‌                  مِنْ هاشِمٍ وَهاشِمُ إِخْوانِي‌
كُهُولُ صِدْقٍ سادَةُ الْأَقْرانِ‌                 هذا حُسَيْنٌ شامِخُ البُنْيانِ‌
     وَسيِّدُ الشَّيْبِ مَعَ الشَّبانِ‌
 
“Məni tanıyın, atam Haşim nəslindən olan Əqildir. Bəni-Haşim mənim qardaşlarımdır. Onlar müdrik qocalar və böyüklərlə eyni səviyyədədirlər. Bu, olduqca üstün məqamdan yararlanan Hüseyndir (ə). O, yaşlıların (böyüklərin) və Cənnət gənclərinin sərvəridir.”
 
O, şəhadət feyzinə nail olana qədər qəhrəmancasına döyüşdü. Bir rəvayətdə onun Osman ibn Xalid ibn Cuhni və Bəşir ibn Hut Qayizinin, bir rəvayətdə isə Osman ibn Xalid Həmdaninin əli ilə şəhadətə yetdiyi bildirilmişdir.
 
Maide.Az - Maarif bölümü