Kabildə baş verən partlayışlarda ölənlərin sayı 100 nəfəri keçib

ABŞ hərbçiləri də daxil olmaqla Kabil hava limanında ötən gün baş verən partlayışlar zamanı həyatını itirənlərin ümumi sayı 100 nəfəri keçib.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Wall Street Journal” Əfqanıstan Səhiyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb.
 
Məluamta görə, həmin partlayışlarda 160 nəfər yaralanıb. 
 
Bildirilib ki, ötən gün baş verən partlayışlar nəticəsində 90 Əfqanıstan vətəndaşı, Pentaqonun məlumatına görə, 18 ABŞ hərbçisi həyatını itirib. 
 
Taliban qruplaşması elan edib ki, dünənki partlayışlarda 28  qrup üzvi ölüb. 
 
Qeyd edək ki, Kabil hava limanında baş verən partlayışların məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.