Kameron Avropa İttifaq məsələsini referenduma çıxaracağına söz verib

Böyük Britaniyanın baş naziri Devid Kameron ölkəsinin Avropa İttfaqında qalıb qalmaması ilə bağlı referendum keçirməkdə israrlıdır. Can Klod Yunkerin Avropa komissiyasının sədri postuna seçilməsini əngəlləyə bilməməsindən sonra tənqid hədəfinə çevrilən David Kameron Avropa İttifaqnın islahtalara ehtiyacı olduğunu bir daha dilə gətirib. “Avropada keçirilən seçkilərdə sakinlər qitədə dəyişiklik istədiklərini göstərdilər. İndi onlar məyusdurlar və səslərinin eşidilməsini istəyirlər. Böyük Britaniya onların səsi olacaq. Biz həmişə öz prinsiplərimizdə qalcayıq, hər zaman öz milli maraqlarımızı qoruycayıq və yaxın illərdə Avropa İttifaqında islahatların keçirilməsinə nail olmaq üçün var gücümüzlə mübarizə aparcayıq.
 
David Kameron 2017-ci ildə yenidən bu posta seçiləcəyi halda ölkəsinin Avropa İttifaqından çıxması məsələini referenduma çıxarcağına söz verib. “2017-ci ilin sonunda nə mən, nə bu parlament, nə Brüssel birləşmiş krallığın Avropa İttifaqındakı gələcəyinə qərar verməyəcək. Bunu britaniyalılar özləri edəcək”.