Kanadada meşə yanğınları tüğyan edir

Kanadada anomal istilər meşə yanğınlarına səbəb oldu.
 
Kanadanın British Columbia ştatının yaxınında yerləşən Lytton bölgəsində baş verən meşə yanğınları yaşayış məntəqələrini təhdid edir.
 
Təhlükənin artması səbəbi ilə bölgə xalqının təxliyə edilməsi qərarına gəlinib.
 
Kanadanın qərb bölgələrində həyatı ifliç edən anomal istilər səbəbindən son 5 gün ərzində 486 nəfər həyatını itirib. Lytton qəsəbəsində temperatur 49.9-a qədər yüksəlib. / TRT/