Keçmiş sədr İŞİD-dən danışdı

Elşad İsgəndərov:`Artıq hərəkət keçməyinin vaxtı gəlib çatıb`

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun yeni Baş Katibi Elşad İsgəndərov İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında çıxış edib.

E. İsgəndərov toplantıda çıxışı zamanı Xocalı Soyqrımı və türkmənlərin İraqda başlarına gətirilən qətliama işarə edərək terrorla mübarizə aparmağın vacib olduğunu qeyd edib.

E. İsgəndərov vurğulayıb ki, insanlara qarşı törədilən cinayətlərin qarşısını almaq üçün İƏT üzvü olan ölkələrin artıq hərəkət keçməyinin vaxtı gəlib çatıb.

“Əgər 1992-ci ildə Xocalı qətliamının qarşısı alınsaydı və hadisəni törədənlər layiqli cəzalarını alsaydılar bu gün İŞİD də türkmənlərə qarşı qətliam törətməzdi”.