İslam mütaliəyə önəm verir
Kitab və kitabın cəmiyyətdəki yeri nə zaman yadıma düşürsə, daxilən narahatçılıq və təəssüf hissi keçirirəm. Hansı baxımdan istəyirsiniz yanaşın, ölkəmizdə kitabların sayı ən azı on dəfə artmalı və geniş yayılmalıdır. Əgər bu məsələyə İslam təfəkkürünün və İslam hakimiyyətinin kitaba verdiyi əhəmiyyət baxımından yanaşsanız, onda məsələ öz təsdiqini tapmış olacaq. Çünki İslam kitaba, mütaliəyə və yazıya kifayət qədər önəm verir. Əgər insaflı bir şəxs İslam peyğəmbərinin (s), imamların (ə) və digər İslam öndərlərinin çıxışlarına nəzər salıb, onların necə bir zamanda insanları kitaba, mütaliəyə dəvət etdiklərini görsə, bütün uydurmalar zehinlərindən silinəcək. Anlayacaqlar ki, İslam düşmənlərinin kitab yandırmaq və kitabla düşmənçilik kimi əfsanələr uydurub dillər əzbəri etməkdən başqa yolları yox idi. Çünki İslam mütaliəyə həddən artıq əhəmiyyət verir.
Böyük ziyan
Kitab, geniş elm və bilik dünyasına açılan bir darvazadır. Yaxşı kitab insan təkamülünün ən üstün vasitələrindən biridir. Bu gözəl və həyatverici dünya ilə, yəni kitab dünyası ilə ünsiyyətdə olmayan biri, şübhəsiz ki, ən önəmli insan fəaliyyətlərindən, eləcə də bir çox hümanitar və ilahi biliklərdən məhrum olur. Bir cəmiyyət üçün fərdlərinin kitabla ünsiyyət qurmaması böyük fəlakətdir. Bir insanın kitabla ünsiyyətdə olması və daim ondan bəhrələnməsi, yəni-yeni biliklər əldə etməsi böyük uğurdur...
Əhəmiyyət verməlisiniz
Əgər bu gün bu xalqın dünya hegemonlarının qərəzli əməlləri nəticəsində zülmə məruz qalmasını nəzərə alırsınızsa, demək, özünüzü müdafiə etməlisiniz. Elə bir milli müdafiə varmı ki, hər şeydən öncə mədəniyyətə, təhsilə, dünyagörüşünə və biliyə söykənməsin? Nəticədə yenə "kitab"a qayıdırıq. Yəni hansı tərəfə baş vursanız da, sonda kitaba əhəmiyyət verməyə məcbursunuz. Mən təəccüb edirəm ki, nə üçün biz İslam Respublikası kimi hazırda kitaba on qat artıq əhəmiyyət vermirik?!
Mütaliə vərdişi
Əgər biri burada oturmuş olsa və yan otaqda hansısa hadisə baş versə, yaxud yeni söhbət olsa, çox az adam tapmaq olar ki, yerində otursun və yan otaqda hansı hadisələrin baş verdiyini görmək üçün həmin otağa baş vurmasın.
Bütün ətrafımız yeni xəbərlərlə doludur. Bu qədər məlumat və bütün mövzularla bağlı bu qədər maarif! Biz nə üçün baş çəkməyə, baxmağa, hansı hadisələrin baş verdiyini və bilik dünyasında nələrin keçdiyini görməyə hazır deyilik?!
Çıxış yolu kitab oxumaqdır. Kitab oxuyan insan dünyadakı bir sıra biliklərdən, hazırda və keçmişdə baş verən hadisələrdən, hətta müxtəlif sahələrdə baş verəcəklərdən xəbərdar olacaq. Deməli, mütaliəyə vərdiş verməliyik.
Kitabı heç nə əvəz etmir
Kitab olduqca önəmli məsələdir. Əlbəttə ki, mən incəsənətə, təsviri sənətə, telefiziyaya, kino sənətinə və bu qəbil şeylərə çox inanıram. Ancaq kitabın özünəməxsus rolu var. Kitabın yerini heç nə vermir. Kitab cəmiyyətdə öz yerini tutmalıdır. ... Camaat mütaliəyə adət etməli və kitab onların həyatının bir hissəsinə çevrilməlidir. Bir qədər əvvəl televiziyanın bəzi cavanlardan müsahibə aldığını gördüm. Onlardan kitab oxumaları haqqında sual olunurdu. Cavablar isə mənfi idi. Ümumiyyətlə kitabı həyatın zərurətlərindən hesab etmirdilər.
Kəsə yol
Bir sözlə, əgər biz inkişaf etmiş, mədəniyyətli, savadlı cəmiyyət olmaq və geri qaldığımız məsələləri kəsə yolla keçmək istəyiriksə (haqlı olaraq millətin bu potensiala malik olmasını iddia edirik), çıxış yolu yalnız informasiya və mütaliələrin, ümumi məlumatların, xüsusi təbəqələrin ehtiyacı olan və geri qaldığı məsələlər haqqındakı məlumatların hazırki vəziyyətdən çıxarılması, inkişaf etdirilməsdir.
Kommunist partiyasının uğurlarının səbəbi
Mənim fikrimcə, kommunist partiyasının ölkəmizdə uzun yaşamasının və təşkilatlarının çox geniş və səssizcə yayılmasının səbəbi var idi. Birinci səbəb sistemli şəkildə təşkilatçılıq idi. Bu, dünya standartlarına uyğun idi. Bu təşkilatçılıq hər yerdə əvvəlcədən işlənmiş və heç bir zəhmət çəkmədən həyata keçirilmişdi. Digəri isə ədəbiyyat sahəsindəki uğurlara söykənirdi. Kommunistlər Rza xan rejimi dövründə ədəbiyyat sahəsində xeyli uğur qazana bilmişdilər. Onların inqilabdan sonra dərhal Yazıçılar Birliyi yaratdığını özünüz müşahidə etdiniz. "Yazıçılar Birliyi" olmasaydı, onlar belə inkişaf edə bilməyəcəkdilər. Yüzlərcə kitab çap etdilər. Müxtəlif bölgələrdə minlərlə broşür, yazı və təhlillər çıxardılar. Bunun özü iş görmək istəyən, yaxud hər hansı bir analizin yayılmasında maraqlı olanlar üçün böyük vasitədir.
- Anasayfa
-
XÜTBƏ
-
Dini məqalələr
- Kitabxana
- Ölkə
- Hadisə
-
Dünya
-
İslam lideri
-
Xəbərlər
- Sağlamlıq
- Quran və təfsir
- İslam tarixi və məsumların davranışı
-
14 Məsum
- İbrətamiz hekayələr
- Günün hədisi
- Maraq dünyası
-
Dua və Münacat
-
Əhkam
-
İslam ayları
- Azan
- Təcvid dərsləri
-
Qurani-Kərim
- Qurani-Kərim
- 1. "Fatihə" surəsi
- 2. "Bəqərə" surəsi
- 3. "Ali-İmran" surəsi
- 4. "Nisa" surəsi
- 5. "Maidə" surəsi
- 6. "Ənam" surəsi
- 7. "Əraf" surəsi
- 8. "Ənfal" surəsi
- 9. "Tövbə" surəsi
- 10. "Yunus" surəsi
- 11. "Hud" surəsi
- 12. "Yusuf" surəsi
- 13. "Rəd" surəsi
- 14. “İbrahim” surəsi
- 15. “Hicr” surəsi
- 16. “Nəhl” surəsi
- 17. “İsra” surəsi
- 18. “Kəhf” surəsi
- 19. “Məryəm” surəsi
- 20. “Ta-Ha” surəsi
- 21. “Ənbiya” surəsi
- 22. “Həcc” surəsi
- 23. “Muminun” surəsi
- 24. “Nur” surəsi
- 25. “Furqan” surəsi
- 26. “Şuəra” surəsi
- 27. “Nəml” surəsi
- 28. “Qəsəs” surəsi
- 29. “Ənkəbut” surəsi
- 30. “Rum” surəsi
- 31. “Loğman” surəsi
- 32. “Səcdə” surəsi
- 33. “Əhzab” surəsi
- 34. “Səbə” surəsi
- 35. “Fatir” surəsi
- 36. “Yasin” surəsi
- 37. “Saffat” surəsi
- 38. “Sad” surəsi
- 39. “Zumər” surəsi
- 40. “Ğafir” surəsi
- 41. “Fussilət” surəsi
- 42. “Şura” surəsi
- 43. “Zuxruf” surəsi
- 44. “Duxan” surəsi
- 45. “Casiyə” surəsi
- 46. “Əhqaf” surəsi
- 47. “Muhəmməd (s)” surəsi
- 48. “Fəth” surəsi
- 49. “Hucurat” surəsi
- 50. “Qaf” surəsi
- 51. "Zariyat" surəsi
- 52. "Tur" surəsi
- 53. "Nəcm" surəsi
- 54. "Qəmər" surəsi
- 55. "Rəhman" surəsi
- 56. "Vaqiə" surəsi
- 57. “Hədid” surəsi
- 58. “Mücadilə” surəsi
- 59. “Həşr” surəsi
- 60. “Mumtəhənə” surəsi
- 61. “Səff” surəsi
- 62. “Cümə” surəsi
- 63. “Munafiqun” surəsi
- 64. “Təğabun” surəsi
- 65. “Təlaq” surəsi
- 66. “Təhrim” surəsi
- 67. “Mülk” surəsi
- 68. “Qələm” surəsi
- 69. “Haqqə” surəsi
- 70. “Məaric” surəsi
- 71. “Nuh” surəsi
- 72. “Cinn” surəsi
- 73. “Muzzəmmil” surəsi
- 74. "Muddəssir" surəsi
- 75. “Qiyamət” surəsi
- 76. “İnsan” surəsi
- 77. “Mursəlat” surəsi
- 78. “Nəbə” surəsi
- 79. “Naziat” surəsi
- 80. “Əbəsə” surəsi
- 81. “Təkvir” surəsi
- 82. “İnfitar” surəsi
- 83. “Mutəffifin” surəsi
- 84. “İnşiqaq” surəsi
- 85. “Buruc” surəsi
- 86. “Tariq” surəsi
- 87. “Əla” surəsi
- 88. “Ğaşiyə” surəsi
- 89. “Fəcr” surəsi
- 90. "Bələd" surəsi
- 91. “Şəms” surəsi
- 92. “Ləyl” surəsi
- 93. “Zuha” surəsi
- 94. “Şərh” surəsi
- 95. “Tin” surəsi
- 96. “Ələq” surəsi
- 97. “Qədr” surəsi
- 98. “Bəyyinə” surəsi
- 99. “Zəlzələ” surəsi
- 100. "Adiyat" surəsi
- 101. “Qariə” surəsi
- 102. “Təkasur” surəsi
- 103. “Əsr” surəsi
- 104. “Huməzə” surəsi
- 105. “Fil” surəsi
- 106. “Qureyş” surəsi
- 107. “Maun” surəsi
- 108. “Kövsər” surəsi
- 109. “Kafirun” surəsi
- 110. “Nəsr” surəsi
- 111. “Məsəd” surəsi
- 112. “İxlas” surəsi
- 113. “Fələq” surəsi
- 114. “Nas” surəsi
Kitab və mütaliənin əhəmiyyəti
Ali Lider Ayətullah Seyid Əli Xamenei /