Küveyt-İraq sərhəddində Körfəz ölkələri Ərbəin zəvvarları üçün xüsusi çadırlar qurulub - VİDEO

Bir qədər əvvəl Küveytdə Ərbəin zəvvarlarının sənədlərini 1 gecədə yoluna qoyan xristian diplomatla bağlı xəbər vermişdik. Xəbərdə Küveyt rəsmilərinin Ərbəin zəvvarlarının işlərinin sürətli həlli üçün atdığı addımlardan söz açmışdıq. 
 
Küveyt yenə də İmam Hüseyn (ə) zəvvarlarını gözəl şəkildə yola salmaqda fərqlənir.
 
Maide.az xəbər verir ki, Küveyt Daxili İşlər Nazirliyi tərəfindən ölkənin İraqla sərhəddində xüsusi çadırlar qurulub. Bu çadırlar Körfəz ölkələrindən gələn Ərbəin zəvvarlarının müvəqqəti istirahəti üçün nəzərdə tutulub. Eyni zamanda keçid çadırlarının qarsındakı masalarda zəvvarlara pulsuz su və meyvə şirələri təklif edilir. Çadırların içində isə zəvvarların istirahəti, viza problemlərinin həlli və sairə məqsədlər üçün xüsusi şərait təmin edilib.  
   
Qeyd edək ki, Küveyt sərhəddindən hər gün minlərlə Ərbəin zəvvarı keçir./