Leysan Xaçmazda 20-dən çox evi dağıdıb, avtomobil körpüləri yararsız vəziyyətə düşüb - FOTO

Noyabrın 16-dan yağan leysan yağışlar Xaçmaz rayonunun müxtəlif yaşayış məntəqələrinə ciddi ziyan vurub.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, təbii fəlakət nəticəsində yolları su basıb, sel suları yüzlərlə fərdi yaşayış evlərinin içərisinə dolub. 
 
Nəticədə 300-dən artıq fərdi yaşayış evinə ziyan dəyib, 20-dən artıq ev təbii fəlakət nəticəsində dağılıb. 
 
Yağışlar nəticəsində yaranmış sel Vəlvələçay və Qaraçay çaylarının üzərindəki avtomobil körpülərini yararsız vəziyyətə salıb. Davamlı xarakter alan leysan yağışlar əkin sahələrinə və fərdi təsərrüfatlara ziyan vurub.