Livan parlament seçkilərinin vaxtı açıqlanıb

Livan parlamenti bu gün keçirdiyi iclasda  növbəti parlamet seçkilərinin keçirilmə vaxtını açıqlayıb. 
 
Maide.Az xəbər verir ki, Parlamentin qərarı ilə növbəti seçkilər 27 mart 2022-ci il tarixdə keçiriləcək. 
 
Qeyd edək ki,  Livan siyasi qrupları ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, parlament seçkilərinin vaxtında (27 martda) keçirilməsini tələb etmişdilər. 
 
Livan parlament idarəetmə sistemi ilə idarə olunur, baş nazir və prezidenti parlamet seçir.  Bu ölkədə parlament seçkiləri hər dörd ildən bir  keçirilir. Sonuncu parlament seçkiləri 2018-ci ildə keçirilib.