Ölkədə işsizliyin aradan qaldırılmas üçün qurulan sistem kökündən yanlışdır - EKSPERT

Azərbaycanda tikinti sektorunda ölkənin on minlərlə vətəndaşı çalışır. Lakin əvvəlki illərlə müqayisədə hazırda tikinti sektoru tənəzzül dövrünü yaşayır. Bu isə tikinti sektoruna mənfi təsir göstərməklə yanaşı, həm də ölkədə işsizlik səviyyəsini də xeyli artırır. Artıq ölkədə nəinki işsizlik, eləcə də tikinti materiallarının ixracatıda azalmağa başlayıb. 
 
Ölkədəki işsizlik faizinin və bu sektora aid olan materialların nə dərəcədə olduğunu aydınlaşdırmaq üçün iqtisadçı-ekspert Natiq Cəfərli ilə həmsöhbət olduq. O da Maide.Az-a açıqlamasında vəziyyətin çox ciddi şəkildə gərgin olduğunu bildirdi:
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkədə 366,9 milyon manatlıq tikinti materialı istehsal olunub. Konkret olaraq, 814,2 min ton hazır beton (mənfi 41,5 faiz), 19,5 min kubmetr beton konstruksiya (mənfi 34,8 faiz), 229,9 min kubmetr kərpic (mənfi 4 faiz) istehsal edilib. Həmçinin 2 milyon 275,5 min ton sement, 160,4 min ton gips, 359,9 min ton asfalt, 10 min 497,8 ton mərmər, travertin, alebastr  istehsal olunub. Göründüyü kimi, əksər tikinti materiallarının istehsalı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu da ondan xəbər verir ki, ölkədə işsizliyin səviyyəsi xeyli sayda çoxalıb. Keçən ilə olan statistikaya görə, tikinti sektorunda 9% işsizlik artıb. Bu da bu sektor üçün çox ciddi bir rəqəmdir. Görsəndiyi kimi, bul il sadaladığımız rəqəmlər daha çoxdur.",-deyə ekpert bildirib.
 
N. Cəfərlinin sözlərinə görə, iş hökumıt problemin aradan qaldırılması üçün müəyyən işlər görür, lakin qurduqları sistem kökdən yalnış olduğu üçün, bu problemin həllinə heç bir kömək edə bilməyəcək.
 
"Prezident "Azərbaycan İpoteka Fondu" ASC vasitəsi ilə ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazara 200 milyon manat cəlb etməyi planlaşdırır. Əslində bu, pozitiv bir addımdır. Lakin qurduqları sistem kökdən yalnış olduğu üçün, ayrılan vəsait işsizlik və tikinti sektorunun inkişafı üçün heç bir kömək edə bilməyəcək."
 
Onun sözərinə görə, tikinti sektorunun və işsizliyin aşağı düşmə səbəblərinddən biri də, Rusiya amilidir.
 
"Əvvəllər həmvətənlərimiz şimal qonşumuzun daxilində pul qazanaraq ailələrinə göndərirdilər. Onlarda bu pullar ilə özərinə torpaq alaraq ev, bağ tiktiridilər. Amma indi Rusiyada fəaliyyət göstərən soydaşlarımızın özünün maddi durumuda yaxşı olmadığı üçün, onlar da bu sektora pul yatızdıra bilmirlər. Sonluqda bu, öz mənfi təsirini göstərir."  /