Lökbatan dairəsi istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakının Qaradağ rayonunda kənar dairəvi yolda (Lökbatan dairəsi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

 
Maide.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb.
 
Bu səbəbdən də qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.