`Məktəbli geyimlərinin qiymətlərinin qalxmasına səbəb, azad sahibkarlığın olmamasıdır` - Eyyub Hüseynov

"Məktəbli geyimlərinin qiymətinin qalxmasına başlıca səbəb Təhsil Nazirliyidir"

Bu sözləri Maide.Az-a “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimovun "növbəti tədris ili üçün məktəbli formalarının qiymətinin qalxacaq"- fikirinə münasibət bildirərkən deyib. Müsahibimiz bildirir ki, bütün işlərin arxasında Təhsil Nazirliyi və onun nəznində olan 40-minlik müəllim ordusu durur:

"Əgər ölkədə azad bazar iqtisadiyyatı olsa, heç bir qiymət artımı və bu kimi neqativ hallar baş verməz. Bakı Tikiş Evinin birbaşa idarə edən adını qeyd etdiyim nazirlikdir. Bu üzdən də onlar bazarlara başqa tikiş fabriklərinin mallarının girməsinə əngəllər törədirlər. Onsuzda, keyfiyyətsiz və baha olan mallar çoxuşaqlı ailələri bezdirib. İnsanlar ucuz və keyfiyyətli geyimlər axtarır. Bu da bir halda baş verir ki, ortada azad ticarət olsun. Bir daha deyirəm, əfsuslar olsun, buna BTE və onua belə desək, "krişalıq" edən nazirlik imkan vermir."

Qiymətlərin aşağı düşməsi üçün təklif edirəm ki, bazara girən digər sahibkarlar incidilməsin, yüksək keyfiyyətli parçalarla fabriklər arasında rəqabət olsun. Bu cür olan təqdirdə, qiymətlər ən azı 40% aşağı düşəcək:

Bundan əlavə, sahibkarlar dövlət tərəfindən əlavə dəyər vergisindən də azad olsalar, onlara kömək olar. Sonluqda, onsuzda devalivasiyadan əziyyət çəkən valideyinlər xeyir görər.

Qeyd edək ki, hazırda I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagirdləri üçün 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagirdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagirdləri üçün isə 52 manat olub.

P.S Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. /