Məscid sökülməsinə etiraz etdiyinə görə həbs edildi

Şəmkir Rayon Dəllər qəsəbəsinin sakini Edqar Osmanov 20 sutka həbs cəzası ilə cəzalandırılıb.

 
Maide.Az "Vetenugrunda.az" saytına iatinadla xəbər verir ki, bu barədə onun atası ailəsi məlumat verib:
 
"Sentyabrın 14-də Edqarı Dəllər bələdiyyəsinin sədri çağırıb. Bələdiyyə sədri Edqara deyib ki, onu Şəmkir Rayon polis idarəsinə çağırıblar. Edqar polis idarəsinə gedib və geri qayıtmayıb. Sentyabrın 15-də ona 20 sutka həbs cəzası verildiyi bəlli olub. Edqarın atası Mahir Osmanov bu gün oğlunun aqibəti ilə maraqlanmaq üçün polis idarəsinə yaxınlaşıb. Ona deyiblər ki, oğlunu məhkəməyə apardılar, get orda gözlə. Mahir Osmanov qapıda xeyli gözlədikdən sonra məhkəmə binasına girib və oğlu Edqarı soruşub:
 
"Mənə dedilər ki, sən o, cinayətkarın atasısan? Dedim oğlum cinayət törətməyib. Məscidin sökülməsinə etiraz edib və çəkib paylaşıb. Bu cinayət deyil". Bu zaman M.Osmanova iki nəfər yaxınlaşıb onun qolundan tutub və sürüyüb digər otağa salıblar:
 
"Məni təhqir etdilər və dedilər ki, oğlunu tutmuşuq, səni də tutarıq. Sonra söydülərməni".
 
Mahir Osmanova polislərdən biri deyib ki, oğlunun artıq məhkəməsi olub və 20 sutka həbs cəzası alıb.
 
Qeyd edək ki, Dəllər qəsəbəsində tikilməkdə olan məscidi icra başçısı Alimpaşa Məmmədov və qəsəbə bələdiyyəsi sökdürürlər. Deyilənlərə görə, məscidin yerində Şəhid ailəsinə ev tikiləcək. Bu barədə yerli sakiblər məlumat verib. Adının çəkilməsini istəməyən bir müəllim isə deyib ki, məqsəd məscidi söküb yerini satmaqdır. Sadəcə olaraq Şəhid ailəsini bəhanə edib, etirazçılarla üz-üzə qoymaq və onları susdurmaq istəyirlər. Represiya və İşgəncələr Əleyhinə Komitənin sədri, hüquq müdafiəçisi Namizəd Səfərov ailə ilə əlaqə saxlayıb və laım olan hüququi yardımların ediləcəyini bildirib.