Madaqaskar prezidentinə sui-qəsd cəhdi olunub

Madaqaskar Prezidenti Andri Radzuelinaya sui-qəsd cəhdinin qarşısı alınıb.
 
Maide.Az xəbər verir ki, Madaqaskar Prokurorluğunun yayılmadığı məlumatda bildirilir ki, hakimiyyət orqanları dövlət başçısına sui-qəsd cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb. 
 
Saxlanılan şəxslər arasında xarici ölkə vətəndaşları da var.
 
Prokurorluğun məlumatına görə, əməliyyat nəticəsində saxlanılan şəxslər Fransa vətəndaşlarıdır. 
 
Qeyd edək ki, Madaqaskar prezidenti son bir ay ərzində terrora məruz qalan artıq  üçüncü prezidentdir. Bundan öncə ötən həftə Haitinin 53 yaşlı prezidenti Jovenel Moise, evinə basqın edən bir qrup silahlı tərəfindən  öldürüldü. Həyat yoldaşı Martine Moise isə hadisədən yaralı xilas oldu.  
 
Bundan başqa iki silahlı şəxs paytaxt Bamakoda Malinin müvəqqəti prezidenti Assimi Goitaya hücum edib. Bu hücumda prezidentin xəsarət almadığı bildirildi.