İmam Əlidən (ə) 12 hədis-2

1. Nə çox oruc tutan, ibadət edən var ki...

İmam Əli (ə) buyurmuşdur:

كَمْ مِنْ صائِمٍ لَيْسَ لَهُ مِنْ صِيامِه‏ الَّا الْجُوعُ وَ الظَّمَأُ، وَ كَمْ مِنْ قائِمٍ لَيْسَ لَهُ مِنْ قِيامِه‏ الّا السَّهَرُ وَ الْعَناءُ، حَبَّذا نَوْمُ الْاكْياسِ وَ افْطارُهُمْ

“Nə çox oruc tutan var ki, oruc tutmağından ona aclıq və susuzluqdan başqa bir şey qalmır. Nə çox ibadət edən (gecə namazı qılan) var ki, namaz qılmasından ona oyaqlıq və yorğunluqdan başqa bir şey qalmır. Zirək və qanacaqlı insanlara afərin ki, onların yuxusu və iftarı elə insanların ibadətlərindən necə də gözəldir!” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 145.)

2-Hakimlərin xəzinəsi – insanların yaddaşı

İmam Əli (ə) buyurmuşdur:

قُلوبُ الرَّعِيَّةِ خَزائِنُ راعيها فَما اَودَعَها مِن عَدلٍ اَو جَورٍ وَجَدَهُ

“Hakimlərin xəzinəsi hakim olduqları insanların qəlbləridir (yaddaşlarıdır). Onlar həmin xəzinəyə ədalət və zülmdən nə doldurublarsa, onu da əldə edəcəklər.” (Qurərul-hikəm”, c.4, səh.346, hədis 6825.)

3. Gözəl hədiyyələr

İmam Əli (ə) buyurmuşdur:

اِبذِلِ لِصَديقِكَ نُصحَكَ، ولِمَعارِفِكَ مَعونَتَكَ، ولِكافَّةِ النّاسِ بِشرَكَ

“Xeyirxahlığını (ixlasını) dostuna, yardımını tanışlarına, təbəssümünü isə xalqa hədiyyə et!” (“Qurərul-hikəm”, səh.2466.)

4. Mühafizə vasitələri

İmam Əli (ə) buyurmuşdur:

سُوسُوا إِيمَانَكُمْ بِالصَّدَقَةِ وَ حَصِّنُوا أَمْوَالَكُمْ بِالزَّكَاةِ وَ ادْفَعُوا أَمْوَاجَ الْبَلَاءِ بِالدُّعَاءِ

“İmanınızı sədəqə verməklə qoruyun, mаllаrınızı zәkаt vеrmәklә sığortalayın və bəla dalğalarını dua etməklə dəf edin.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 138.)

5. Üç ilahi qapı

İmam Əli (ə) buyurmuşdur:

مَا كَانَ اللهُ لِيَفْتَحَ عَلَى عَبْدٍ بَابَ الشُّكْرِ وَيُغْلِقَ عَنْهُ بَابَ الزِّيَادَةِ، وَلاَ لِيَفْتَحَ عَلَى عَبْدٍ بَابَ الدُّعَاءِ وَيُغْلِقَ عَنْهُ بَابَ الاجَابَةِ، وَلاَ لِيَفْتَحَ عَلَى عَبْدٍ بَابَ التَّوْبَةِ وَيُغْلِقَ عَنْهُ بَابَ الْمَغْفِرَةِ

“Ola bilməz ki, Allah bəndənin üzünə şükür qapısını açsın, amma artım qapısını onun üzünə bağlasın; dua və istək qapısını açsın, amma rəva olmaq qapısını üzünə bağlasın; tövbə qapısını açsın, amma bağışlamaq qapısını onun üzünə bağlasın.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 427.)

6. Yersiz susmaq və yersiz danışmağın məzəmməti

İmam Əli (ə) buyurmuşdur:

لاَ خَيْرَ فِي الصَّمْتِ عَنِ الْحُكْمِ، كَمَا أنَّهُ لاَ خَيْرَ فِي الْقَوْلِ بِالْجَهْلِ

“Nadanlıqla danışmaqda xeyir olmadığı kimi, hikmət (danışmaq lazım olan) zamanı susmaqda da xeyir yoxdur.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 471.)

7. Nadan qocalanda...

İmam Əli (ə) buyurmuşdur:

إِذَا شَابَ الْجَاهِلُ شَبَّ جَهْلُهُ وَ إِذَا شَابَ الْعَاقِلُ شَبَّ عَقْلُهُ

“Nadan qocalanda nadanlığı gəncləşər, aqil qocalanda isə əqli (və dərki) gəncləşər.” (“Uyunul-hikəmi vəl-məvaiz”, səh.131, hədis 2955.)

8. Ən ağır günah

İmam Əli (ə) buyurmuşdur:

أَشَدُّ الذُّنُوبِ مَا اسْتَخَفَّ بِهِ صَاحِبُهُ

(Allah dərgahında) ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 469.)

9. Əhli-beytə (ə) məhəbbətin üç yerdə faydası

İmam Əli (ə) Haris Əvərə belə buyurmuşldur:

لَيَنفَعَنَّكَ حُبُّنا عِندَ ثَلاثٍ: عِندَ نُزولِ مَلَكِ المَوتِ، وعِندَ مَسأَلَتِكَ في قَبرِكَ، وعِندَ مَوقِفِكَ بَينَ يَدَيِ اللّه.

“Bizə məhəbbətin sənə üç yerdə faydası olacaq: ölüm mələyi enən zaman, qəbirdə sorğu-sual zamanı və Qiyamət günü Allah dərgahında.” (“Əlamud-din”, səh.461.)

10. Gizli sədəqənin gücü

İmam Əli (ə) buyurmuşdur:

كانَ أبي يَدعو قَنبَرًا بِاللَّيلِ فَيَحمِلُ دَقيقًا وتَمرًا فَيَمضي بِهِ إلى أبياتٍ قَد عَرَفَها فَيَصِلُهُم ولا يَطَّلِعُ عَلَيهِ أحَدٌ، فَقُلتُ لَهُ: يا أبَه، مايَمنَعُكَ أن تَدفَعَهُ إلَيهِم نَهارًا؟ قالَ: يا بُنَيَّ، إنَّ صَدَقَةَ السِّرِّ تُطفِئُ غَضَبَ الرَّبِّ عَزَّوجَلَّ

Məhəmməd ibn Hənəfiyyə deyir ki, atam (Əli (ə)) gecələr qulamı Qənbəri yanına çağırıb, müəyyən qədər un və xurma götürərək xəbərsiz surətdə təyin etdiyi evlərə çatdırardı. Bir dəfə dedim: “Ata can, nə üçün bunu gündüzlər etmirsən?” Atam buyurdu: “Oğul, gizli sədəqə Allah-Taalanın qəzəbini söndürür.” (“Rəbiul-əbrar”, c.2, səh.148.)

11. İnsanlarla rəftar tərzi

İmam Əli (ə) buyurmuşdur:

يا بَنِيَّ، عاشِرُوا النّاسَ عِشرَةً إن غِبتُم حَنُّوا إلَيكُم، وإن فُقِدتُم بَكَوا عَلَيكُم

“Ey mənim övladlarım, camaatla elə rəftar edin ki, qaib olduqda sizi görməyi arzulasın və dünyadan köçdükdə sizə ağlasınlar!” (“Əlamud-din”, səh.215.)

12. İnsanı dərmandan ehtiyacasız edən 4 əməl

İmam Əli (ə) oğlu Həsənə (ə) buyurdu: “Oğlum, sənə dörd şey öyrədimmi ki, dərmana ehtiyacın olmasın?” Dedi: “Buyurun, ey Əmirəlmöminin!” Həzrət buyurdu:

لا تَجلِس عَلَى الطَّعامِ إلاّ و أنتَ جائِعٌ ، ولا تَقُم عَنِ الطَّعامِ إلاّ و أنتَ تَشتَهيهِ، و جَوِّدِ المَضغَ، و إذا نِمتَ فَاعرِض نَفسَكَ عَلَى الخَلاءِ . فَإِذَا استَعمَلتَ هذَا استَغنَيتَ عَنِ الطِّبِّ

“Acmamış süfrədə əyləşmə, doymamış yeməkdən əl çək, tikəni yaxşı çeynə, yatan zaman “ayaqyolu”na baş çək. Bunlara əməl etdikdə, dərmana ehtiyacın olmaz.” (“Əl-xisal”, səh.229, hədis 67.)

Rza Şükürlü (Maide.az)