Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib

Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, “Xalqın xidmətçisi” fraksiyasının üzvü Denis Monastırskinin namizədliyi Ali Rada tərəfindən təsdiqlənib.
 
271 millət vəkilindən 226-sı onun namizədliyinin lehinə səs verib.
 
Qeyd edək ki, D. Monastırski daxili işlər naziri postunda Arsen Avakovu əvəzləyəcək.