Tacikistanda helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Tacikistanda dağlarda azmış rusiyalı turistlərə yardım etmək üçün gedən xilasedici helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Məlumatı ölkənin Turoperatorlar Assosiasiyası yayıb.
 
Qəzaya uğrayan “Mi8” helikopteri Taciksitan Sərhəd Qoşunlarına məxsusdur.
 
İlkin məlumata görə, pilot ölüb, helikopterin göyərtəsindəki 4 xilasedici isə yaralanıb. Yaralılar Düşənbəyə təxliyə olunurlar.
 
Xatırladaq ki, iyulun 28-də Rusiyadan olan 7 turistin Taciksitan ərazisində azması ilə bağlı həyəcan siqnalı verilib. Onların axtarışı davam etdirilir. /Report/