İMAM MEHDİNİN (Ə) ҺӘYATINA QISA BİR BAXIŞ

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

 

On ikinci imamımız, Peyğәmbәri-Әkrәmin (s) son canişini imam Mehdi (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü, dan yeri sökülәn zaman İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir. Hörmәtli atası, şiələrin on birinci imamı һәzrәt Həsən Əskəri (ə), anası isə Nərgis xatundur vә onun kimliyi haqda müxtәlif rəvayətlər nəql edilmişdir. Bir rəvayətə görə; o, Rum imperatorunun oğlu “Yəşua”nın qızıdır. Onun da anası һәzrәt İsanın (ә) vәsisi Şәmunun nəslindəndir. Rəvayətlərә görə, qәribә bir yuxu nəticəsində müsəlman olmuşdur. Müsəlmanlara qarşı döyüşә keçən Rum ordusuna qoşulur və nəhayət, dostları ilə birlikdə müsəlmanlara әsir düşür. İmam Hadi (ə) bir nəfəri göndәrir ki, onu alıb Samarraya gətirsin. Bununla bağlı müxtәlif rəvayətlər nəql olunsa da, diqqәti cәlb edәn әn önəmli mәsәlә Nərgis xatunun imam Hadinin (ә) bacısı Hәkimənin evində qalıb, ondan dini tәlim-tәrbiyә alması vә Һәkimə xanımın ona böyük һörmәt bәslәmәsidir. (“Biharül-ənvar”, c. 5, h. 29, s. 22 və h. 14, s. 11.)

İllər öncə Peyğəmbəri-Әkrәm (s), Әmirәlmöminin Әli (ә) və imam Sadiqin (ә) kәlamlarında Nərgis xatun uca bir qadın vә “cariyә”lərin ən yaxşısı və sәrvәri olaraq tanıtdırılır. Demәk lazımdır ki, imam Zamanın (ә) anası Nərgis xatun Susən, Reyhanə, Məleykə, Seyqәl kimi başqa adlara da çağrılarmış. (“Biharül-ənvar”, c. 5, h. 7, s. 21; “Qeybəti Tusi”, h. 478, s. 470; “Kəmalud-din”, c. 2, fəsil: 33, h. 31, s. 21.)

İMAM MEHDİNİN (Ə) ADI, KÜNYӘSİ VӘ LӘQӘBLӘRİ

İmam Zamanın (ә) adı və künyәsi İslam Peyğəmbərinin (ә) adı və künyәsi ilә eynidir. Bəzi rəvayətlərdə onun zühuruna qədər adının çəkilməsi qadağan edilmişdir. O һәzrətin məşhur lәqәblәri bunlardır: Mehdi, Qaim, Müntәzәr, Bəqiyyәtullah, Höccət, Xәlәfüs-Saleh, Mәnsur, Sahibül-Əmr, Sahibәz-Zaman, Vәliyyi-Әsr. Bu lәqәblәrin içində ən məşhuru “Mehdi”dir və hәr biri Hәzrәtə xas xüsusiyyətə işarədir.

İMAM MEHDİNİN (Ə) XÜSUSİYYƏTLƏRİ

Məsumların (ə) hədislərində imam Mehdinin (ə) xüsusiyyətləri haqda belə buyurulur: “O, ibadət əhli, gecə ibadətlə məşğul, zahid, sadə yaşayan, səbirli, helmli, ədalətli və yaxşılığı sevəndir. O, elmdə hər kəsdən üstün, mübarək bədəni təmizlik və bərəkət qaynağı, qiyam və cihad əhlidir. Böyük dünya inqilabının rəhbəri, son xilaskarı və bəşəriyyətə vəd edilən islahatçıdır. O, çox nurani, Rəsulullahın (s) nəslindən, həzrət Fatimənin (ə) övladlarından və imam Hüseyinin (ə) nəslindən olan doqquzuncu övladıdır. Zühur zamanı Kəbəyə söykənəcək və Peyğəmbərin (s) bayrağını əlinə alacaq. Qiyamı ilə dünyanın hər tərəfində Allahın dinini dirçəldəcək, hökmlərini dünyanın hər yerində icra edəcək və dünya zülmlə dolduqdan sonra haqq-ədalətlə dolduracaqdır.” (“Müntəxəbül-əsər”, 2-ci fəsil, s. 329-383.)

İMAM MEHDİNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ

İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:

1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü təvəllüdündən atası imam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.

2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, imam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti  əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:

a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri ilində imam Həsən Əskərinin (ə) şəhadətə çatması ilə imam Mehdinin (ə) imamlıq dövrü və bu tarixdən etibarən, o həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri ilinə qədər, təxminən, 70 il davam etdi.

b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.

Qeyd etmək lazımdır ki, şiələr kiçik qeyb dövründə xüsusi nümayəndələr vasitəsilə İmamla (ə) əlaqə saxlayır, ilahi vəzifələrini öyrənib, həyatlarını da İmamın (ə) göstərişləri istiqamətində tənzim edirdilər. Ancaq böyük qeyb dövrünün başlanması ilə bu əlaqə kəsilir. Bundan sonra möminlər dini vəzifələrini əldə etmək üçün İmamın (ə) ümumi nümayəndələrinə üz tutmalı olurlar. Bu nümayəndələr təqvalı və imanlı din alimləri, böyük “mərcəi-təqlidlər”dən ibarətdirlər. Bu aydın yol imam Mehdinin (ə) etibarlı şiələrindən birinə yazdığı məktubda ifadə olunmuşdur. İmamın ikinci xüsusi nümayəndəsi tərəfindən çatan bu məktubun bir hissəsində belə buyurulur:

وَ أَمّاَ الْحَوادِثُ الْواقِعَة فَارْجِعوا فيها إِلى رُواةِ حَديثِنا فَإِنَّهُم حُجَّتى عَلَيكُم وَ أَنَا حُجَّةُ اللهِ عَلَيهِم...

“Gələcəkdə baş verəcək hadisələr zamanı (ilahi vəzifələri əldə etmək üçün) bizim hədislərimizi nəql edənlərə (fəqihlərə) müraciət edin. Çünki onlar mənim sizlərə höccətim, mən də onların üzərində Allahın höccətiyəm...” (”Kəmalud-din”, c. 2, fəsil: 45, h. 3, s. 236.)

3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (ə) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, qardaşlıq, dostluq və ədalətlə dolduracaqdır. Heç kim vəd edilən imamın (ə) nə vaxt zühur edəcəyini bilməz. Rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.

İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır! Bizi onun vəfalı dostları və fədakar əsgərlərindən qərar ver! Amin!

Rza Şükürlü (Maide.az)