İmam Rzanın (ə) şəhadət günü- Məşhəddə əzadarlıq - FOTOLAR

Şiələrin səkkizinci imamı həzrət İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərində izdihamlı əzadarlıq yürüşləri təşkil olunub. 
 
Maide.Az TasnimNews agentliyinə istinadla xəbər verir ki, Məşhəd şəhərində İmam Rzanın (ə) məqbərəsinə gedən yollar qara parça ilə örtülüb və İranın müxtəlif şəhərlərindən Məşhəd şəhərinə axın edən əzadarlıq dəstələri bu gün səhər saatlarından sinə və zəncir vuraraq, O həzrətin məqbərəsinə doğru yürüş edib. 
 
Bu gün 29 səfər 1440-cı hicri qəməri ili, 8 noyabr 2018-ci il İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür. 
 
İmam Rza(ə) hicrətin 148-ci ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ilində şəhid olub. 
 
Qeyd edək ki, İmam Rzanın (ə) şəhadəti münasibətilə İran və dünyanın müxtəlif ölkələrində 3 milyon 525 mindən çox zəvvar Məşhəd şəhərinə səfər edib.