İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi

ألْحَمْدُللَّهِ رَبِّ الْعالَمِينَ، الرَّحْمنِ الرَّحِيمِ، مالِكِ يَوْمِ الدِّينِ، بارِى‌ءِ الْخَلائِقِ أَجْمَعِينَ، أَلَّذِي بَعُدَ فَارْتَفَعَ فِي السَّمواتِ الْعُلى، وَقَرُبَ فَشَهِدَ النَّجْوى‌، نَحْمَدُهُ عَلى‌ عَظائِمِ الْأُمُورِ، وَفَجائِعِ‌ الدُّهُورِ، وَأَلَمِ الْفَجائِعِ، وَمَضاضَةِ اللَّواذِعِ، وَجلِيلِ الرُّزْءِ، وَعَظِيمِ الْمَصائِبِ الْفاظِعَةِ الْكاظَّةِ الْفادِحَةِ الْجائِحَةِ.
 
أَيُّهَا الْقَوْمُ! إنَّ اللَّهَ وَلَهُ الْحَمْدُ ابْتَلانا بِمَصائِبَ جَلِيلَةٍ، وَثُلْمَةٍ فِي الْإِسْلامِ عَظِيمَةٍ، قُتِلَ أَبُو عَبْدِاللَّهِ الْحُسَيْنِ عَلَيْهِ السَّلامُ وَعِتْرَتُهُ، وَسُبِيَ نِساؤُهُ وَصِبْيَتُهُ، وَدارُوا بِرَأْسِهِ فِي الْبُلْدانِ مِنْ فَوْقِ عامِلِ السِّنانِ، وَهذِهِ الرَّزِيَّةُ الَّتِي لامِثْلَها رَزِيَّةٌ.
أَيُّهَا النَّاسُ! فَأَيُّ رِجالاتٍ مِنْكُمْ تَسُرُّونَ بَعْدَ قَتْلِهِ؟! امْ أيُّ فُؤادٍ لايَحْزُنُ مِنْ أَجْلِهِ؟ أَمْ أَيَّةُ عَيْنٍ مِنْكُمْ تَحْبِسُ دَمْعَها وَتَضَنُّ عَنِ انْهِمالِها؟! فَلَقَدْ بَكَتِ السَّبْعُ الشِّدادُ لِقَتْلِهِ، وَبَكَتِ الْبِحارُ بِأَمْواجِها، وَالسَّمواتُ بِأَرْكانِها، وَالْأَرْضُ بِأَرْجائِها، وَالْأَشْجارُ بِأَغْصانِها، وَالْحِيتانُ وَلُجَجُ الْبِحارِ، وَالْمَلائِكَةُ الْمُقَرَّبُونَ، وَأَهْلُ السَّمواتِ أَجْمَعُونَ.
 
أَيُّهَا النَّاسُ! أَيُّ قَلْبٍ لا يَنْصَدِعُ لِقَتْلِهِ؟! أَمْ أَيُّ فُؤادٍ لايَحِنُّ إِلَيْهِ؟! أَمْ أَيُّ سَمْعٍ يَسْمَعُ هذِهِ الثُّلْمَةَ الَّتِي ثُلِمَتْ فِي الْإِسْلامِ وَلا يُصَمُّ.
 
أَيُّهَا النّاسُ! أصْبَحْنا مَطْرُودِينَ مُشَرَّدِينَ مَذُودِينَ، شاسِعِينَ عَنِ الْأَمْصارِ، كَأَنّا أَوْلادُ تُرْكٍ وَكابُلَ مِنْ غَيْرِ جُرْمٍ اجْتَرَمْناهُ، وَلا مَكْرُوهٍ ارْتَكَبْناهُ، وَلا ثُلْمَةٍ فِي الْاسْلامِ ثَلَمْناها، ما سَمِعْنا بِهذا فِي آبائِنَا الْأَوَّلِينَ‌ »إِنْ هَذَا إِلَّا اخْتِلَاقٌ. وَاللَّهِ لَوْ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ‌ تَقَدَّمَ إِلَيْهِمْ فِي قِتالِنا كَما تَقَدَّمَ إِلَيْهِمْ فِي الْوِصايَةِ بِنا لَمَا ازْدادُوا عَلى‌ ما فَعَلُوا بِنا، فَانّا للَّهِ وَإِنّا إِلَيْهِ راجِعُونَ مِنْ مُصِيبَةٍ ما أَعْظَمَها وَأَوْجَعَها وَأَفْجَعَها وَأَكَظَّها وَأَفْظَعَها وَأَمَرَّها وَأَفْدَحَها، فَعِنْدَاللَّهِ نَحْتَسِبُ فِيما أَصابَنا وَما بَلَغَ بِنا، إِنَّهُ عَزِيزٌ ذُوانْتِقامٍ.
 
“Həmd aləmlərin rəbbi, bağışlayan və mehriban, cəza və mükafat gününün sahibi, bütün məxluqları yaradan Allaha məxsusdur. Elə bir Allaha ki, (onun həqiqətini anlamaq nöqteyi-nəzərindən bizə) o qədər uzaqdır ki, sanki uca göylərdə məkan salmış və (digər tərəfdən elm və əhatəsi ilə bizə) o qədər yaxındır ki, qulağımızdakı sözləri duyan və ona şahiddir. Onu böyük hadisələrə, ruzigarın xəsarətlərinə, acı faciələrə, yandırıb-yaxan əzablara, ağır bəlalara, böyük, amansız, dağıdıcı, sındırıcı və viranedici müsibətlərə görə pərəstiş edirəm.
 
Ey camaat! Allah – həmd yalnız Ona məxsusdur – bizi İslamda böyük müsibətlərlə, əvəzolunmaz xəsarətlərlə imtahan etdi. (Bəli,) Əbu-Əbdullah Hüseyn (ə) və ailəsi şəhadətə çatdı. Qadın və uşaqları əsir düşdü. O Həzrətin mübarək başı nizələrin ucunda şəhərlərdə gəzdirildi. Bu, misli olmayan bir müsibətdir!
 
Ey camaat! Onun şəhadətindən sonra kişilərinizdən hansı biri şadlanar və ya hansı qəlb ona qəmlənməz? Yaxud hansı göz ağlamaz, göz yaşı tökməz? Şübhəsiz yeddi göy möhkəm təməlləri ilə, dənizlər dalğaları ilə, səmalar sütunları ilə, yer bütün cəhət və qütbləri ilə, ağaclar budaqları ilə, balıqlar və dərin dəryalar, Allahın müqərrəb mələkləri və bütün səma əhli onun şəhadətinə ağladı.
 
Ey camaat! Hansı qəlb onun şəhadətindən titrəməz və ya hansı ürək onun üçün yanmaz? Yaxud hansı qulaq bu böyük və əvəzsiz hadisəni eşitdikdən sonra zədələnməz?
Ey camaat! Biz kənarlaşdırılmış, avara qalmış, qovulmuş və şəhərlərdən uzaqlaşdırılmışıq. Cinayət törətmədiyimiz, nalayiq işə bulaşmadığımız və İslama zərər vurmadığımız halda, guya biz müsəlman olmayan qövmün övladlarıyıq. Əsla bu (acı) macəraları keçmişdəkilərimiz haqqında eşitməmişik. “Bu yeni bir işdir!” — Allaha and olsun! Əgər Peyğəmbər (s) bu dəstəyə bizimlə savaşmaq əmri versəydi, necə ki, bizə görə onlara (bizi sevməyi) tövsiyə etmişdi, əsla bundan artıq cinayət törədə bilməzdilər. Allah üçünük və Ona doğru qayıdacağıq, bu çox böyük, kədərli, acı, dolu, bəyənilməz, xoşagəlməz və ağır müsibətdən. Bizə yetişən müsibətin qarşılığında Allahdan mükafat diləyirik, şübhəsiz, Allah məğlubedilməz və intiqam alandır.” (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.645-647.)
 
Maide.az – Maarif bölümü