Süfyan Suridən belə nəql olunur:
دَخَلتُ عَلَى الصّادِقِ عليه السلام فَقُلتُ لَهُ : أوصِني...
İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “Mənə tövsiyə verin...”
Həzrət buyurdu:
يا سُفيانُ، أدَّبَني أبي عليه السلام بِثَلاثٍ، و نَهاني عَن ثَلاثٍ؛ فَأمَّا اللَّواتي أدَّبَني بِهِنَّ فَإنَّهُ قالَ لي: يا بُنَيَ، مَن يَصحَب صاحِبَ السَّوءِ لا يَسلَمُ، و مَن لا يُقيِّد ألفاظَهُ يَندَم، و مَن يَدخُل مَداخِلَ السّوءِ يُتَّهَم.
“Ey Süfyan, atam (ə) məni üç işlə ədəbləndirib, üç işdən də çəkindirib. Mənə öyrətdiyi ədəblər bunlardır:
1. Pis adamla yoldaşlıq edən şərəfini itirər;
2. Sözünü (dilini) saxlaya bilməyən peşman olar;
3. Pis yerə daxil olan ittiham olunar.”
Dedim:
يَابنَ بِنتِ رَسولِ اللّه ِ، فَمَا الثَّلاثُ اللَّواتِي نَهاكَ عَنهُنَّ؟
“Ey Peyğəmbərin qızının övladı, səni çəkindirdiyi üç iş hansıdır?”
Həzrət buyurdu:
نَهاني أن اُصاحِبَ حاسِدَ نِعمَةٍ، و شامِتا بِمُصيبَةٍ، أو حامِلَ نَميمَةٍ.
“Neməti əsirgəyənlə, müsibət zamanı şikayətlənənlə və sözgəzdirənlə yoldaşlıqdan çəkindirib!” (“Tuhəful-uqul”, səh. 376; “Əl-xisal”, səh.169, hədis 222.)
Maide.az – Maarif bölümü