Mübarək Ramazan ayının 10-cu gününün duası - VİDEO

Ramazan ayı təqvimi və gündəlik duaları

Bakıda sübh azanı saat 04:05-də, axşam azanı isə saat 19:54-dadır.
 
 
اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنَ الْمُتَوَكِّلينَ عَلَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْفائِزينَ لَدَيْكَ، وَاجْعَلْني فيهِ مِنَ الْمُقَرَّبينَ اِلَيْكَ بِاِحْسانِكَ يا غايَةَ الطّالِبين
 
Duanın oxunuşu:  Əllahumməc`əlni fihi minəl mutəvvəkkilinə ələyk, vəc`əlni fihi minəl faizinə lədəyk, vəc`əlni fihi minəl muqərrəbinə iləyk, biihsanikə ya ğayətət-talibin.
 
Duanın tərcüməsi: İlahi, Öz ehsanınla bu gün məni Sənə təvəkkül edənlərdən və Öz dərgahında məni səadətə yetənlərdən qərar ver, məni yaxın bəndələrindən təyin et, ey istəyənlərin son hədəfi!
 
İFTAR DUASI
اَللّـهُمَّ  لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
10-cu gün - 20 rukət (Hər rukətdə 1 Həmd, 30 ixlas)