Mübarək Ramazan ayının 11-ci gününün duası - VİDEO

Ramazan ayı təqvimi və gündəlik duaları

Bakıda sübh azanı saat 04:03-da, axşam azanı isə saat 19:55-dədır.
 
اَللّـهُمَّ حَبِّبْ اِلَيَّ فيهِ الاِحْسانَ، وَكَرِّهْ اِلَيَّ فيهِ الْفُسُوقَ وَالْعِصْيانَ، وَحَرِّمْ عَلَيَّ فيهِ السَّخَطَ وَالنّيرانَ بِعَوْنِكَ يا غِياثَ الْمُسْتَغيثينَ
 
Duanın oxunuşu: Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.  
 
Duanın tərcüməsi:  İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən!
 
İFTAR DUASI
اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
11-ci gün - 2 rukət (Hər rukətdə 1 Həmd, 20 Kovsər)