Mübarək Ramazan ayı təqvimi və duaları - 20-ci günün duası

Bakıda sübh azanı saat 03:50-də, axşam azanı isə saat 20:04 - dədır.

 
اَللّـهُمَّ افْتَحْ لي فيهِ اَبْوابَ الْجِنانِ، وَ اَغْلِقْ عَنّي فيهِ اَبْوابَ النّيرانِ، وَ وَفِّقْني فيهِ لِتِلاوَةِالْقُرْآنِ، يا مُنْزِلَ السَّكينَةِ فى قُلُوبِ الْمُؤْمِنينَ
 
Duanın oxunuşu:  Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin.
 
Duanın tərcüməsi:  İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən!
 
 
İFTAR DUASI

اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
 
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
 
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
 
 
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:

20-ci gün - 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə)