Mehman Hüseynovu aeroportdan xaricə buraxmadılar

Bir müddət öncə həbsdən buraxılan bloger Mehman Hüseynov bu gün Azərbaycanı tərk etmək istəsə də, aeroportdan geri qaytarılıb.
 
Maide.Az "Modern.az"-a istinadən xəbər verir ki, bunu M.Hüseynovun özü sosial şəbəkədə yazıb. Bildirib ki, Binə hava limanında ona ölkədən çıxışına qadağa qoyulduğu xatırladılıb. Blogerə onun ölkədən kənara çıxışına Baş prokurorluq tərəfindən qadağa qoyulduğu söylənilib.
 
“Mən xaricə gedib səhətimdə olan çox ciddi problemləri həll etməli, muayinədən keçib cərrahi əməliyyat olunmalı idim”,-bildirən M.Hüseynov ölkədən xaricə buraxılmamasına etiraz edib.