Meksikada ildırım futbolçuları vurdu, ölənlər var

Meksikanın qadın futbol liqasının paytaxt Mexikonun Tauak bələdiyyəsində keçirilən matçı faciə ilə başa çatıb.
 
Bu barədə “Report” “Unversal”a istinadən xəbər verir.
 
Bildirilir ki, ildırım iki idmançını vuraraq öldürüb, daha üç nəfərə xəsarət yetirib. 
 
Nəşrin məlumatına görə, oyun güclü yağış səbəbindən yarımçıq dayandırılıb. Lakin bu zaman 5 idmançı topu götürmək üçün meydançaya qayıdıb. Onlar qazonun üstünə çıxarkən ildırım futbolçuları vurub. Xəsarət alanlar xəstəxanaya çatdırılsalar da, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.