Milyonlar Kərbəla yolunda: Coşqulu Ərbəin yürüşü öz pikinə yaxınlaşır FOTO VİDEO



Milyonlarla insan İraq ərazilərində müqəddəs Kərbəlaya doğru hərəkətdədir. Maide.az xəbər verir ki, İraq rəsmi mənbələri artıq bu ana qədər milyondan artıq zəvvarın müqəddəs Kərbala vilayətinə daxil olduğunu bildirir. 
 
Ən çox zəvvar isə İraq-İraq sərhəddindən gəlməkdədir. İranın Mahan keçid məntəqəsi kifayət etmədiyindən yerli zəvvarlarının böyük bir hissəsi Şələmçə sərhəd məntəqəsinə istiqamətləndirilib. İran rəsmi orqanlarından verilən məlumata görə, təkcə bu ölkədən İraqa hazırkı ana qədər 1.5 milyon zəvvar keçib. Öz növbəsində İraq rəsmiləri tərəfindən də yalnız Şələmçə (İran) ilə üzbəüz Zərbatiyə (İraq) keçid məntəqəsindən indiyədək 2 milyona yaxın zəvvarın keçdiyi açıqlanıb. Qeyd edək ki, Azərbaycandan yola düşən zəvvarların böyük əksəriyyəti də bu məntəqədən İraq ərazilərinə daxil olub.    
 
Yüzminlərlə insanın piyada yürüşü nəzərə alınaraq bu il Ərbəin mərasiminin daha bir neçə gün uzadıla biləcəyi qeyd edilir. Zəvvarların təhlükəsizliyinin təmin edilməsi üçün İraq Silahlı Qüvvələrin 20 mindən artıq üzvü səfərbər edilib. Onlara DİN əməkdaşları da dəstək verir. 
 
Onu da bildirək ki, yaşından, cinsindən, millətindən asılı olmayaraq yürüşlərə qatılan insanlar yalnız ziyarət məqsədilə İraqa gəlməyiblər. Hazırda xeyli sayda əcnəbi zəvvar da Ərbəin yürüşçülərinin xidmətində durur, onlara ərzaq və içəcəklər paylayır. /