Müqavimətin adı: İzzəddin əl-Qəssam Briqadaları

İzzəddin əl-Qəssam Briqadaları (Qəssam) Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) silahlı qanadı olaraq 1992-ci ildə İsrailin Fələstin işğalına qarşı adi bir tüfənglə başladığı müqavimətini, indi bir orduya sahib olaraq icra edir.
 
Qəssam adını Fələstindəki İngilis müstəmləkəçiliyinə qarşı silahlı mübarizə apararkən 1935-ci ildə dünyasını dəyişən Suriya əslli Fələstin lideri Şeyx İzzəddin əl-Qəssamdan götürüb.
 
Həmasın hərbi gücündəki artımdan sonra 1992-ci ildə təşkilat İzzəddin əl-Qəssam Briqadaları adıyla silahlı bir müqavimət qanadı qərargahı yaratmağa qərar verir.     
 
Strategiyaları və quruluşu
 
Briqadalar 1 yanvar 1992-ci ildə özlərinə aid bir qurum tərəfindən yayımlanan açıqlama ilə Həmasın silahlı qanadı olduğunu açıqlayır. Briqadalar 80-ci illərin əvvəlində Fələstinli Marksist qrupların əksinə olaraq, yalnız Fələstin torpaqları daxilində mübarizə aparacaqlarını bildirirlər.
 
Yəhya Ayaş, Nizar Reyyan, Salah Şəhadə və Əhməd Cabəri kimi bir çox komandirini İsrail hücumlarında itirən silahlı qrupun liderliyini Mərvan İsa və Məhəmməd Deyf, mətbuat katibliyini isə Əbu Ubeydə həyata keçirir.
 
Fələstindən kənardan canlı qüvvə dəstəyi almır
 
Fələstin xaricindən heç bir canlı qüvvə dsətəsini qəbul etməyən qrup mənsublarını dini, mədəni və əxlaqi sıx bir təhsil müddətindən keçirir. 
 
Təşkilatın 20-ci ili münasibətiylə verdiyi açıqlamada İzzəddin əl-Qəssam Briqadaları Qəzzadakı döyüşçülərinin sayının 10 mini keçdiyini bildirilir.
 
4 briqada var
 
Qəssamın verdiyi açıqlamaya görə, əl-Qəssam ordusunda "Şimali Qəzza Briqadası", "Qəzza Briqadası", "Orta Briqada" və "Cənub Briqadası" olmaqla 4 briqada var.
 
əl-Qəssam Briqadaları hərbi işlərinə başlanğıcda tapança, sonra avtomatla başlayıb. Yerli imkanlarla istehsal etdikləri avtomatik silahdan sonra bəzi partlayıcılarla birlikdə bombalar və uzaqdan idarə olunan partlayıcı istehsallarını da artırıblar.
 
İlk raket - "Qəssam 1"
 
İsrailin cənubundakı Sderot yəhudi qəsəbəsi 26 oktyabr 2001-ci ildə əl-Qəssam Briqadalarının atdığı ilk raketə hədəf oldu. 
 
"Qəssam 1" adıyla tanınan raketi "Time" jurnalı fələstinlilərin raketdən silah olaraq istifadə edə bildiyi nöqtəyə çatdığını yazaraq, "Orta Şərqi dəyişdirmək imkanına sahib primitiv raket" şəklində xarakterizə etmişdi. 
 
Həmas daha sonra sürətli şəkildə həyata keçirdiyi texniki işlərlə raketi inkişaf etdirərək "Qəssam 2" adlı yeni modeli hazırladı. Qəssam bu raketi ilk dəfə 2002-ci ilin fevral ayında istifadə etdi. 
 
Qəzzadakı müqavimət hərəkatı raket atışlarının diametrini tədricən genişləndirdi və radiusu 80 kilometrə çatan raket istehsalı imkanına sahib oldu. 
 
Əl-Qəssam Briqadaları yerli istehsalında texniki işlərə güc verərək, daha uzun məsafələrə çatan raketlər hazırlamağa başladı. İsrailin Qəzzaya hücum zamanı 2012-ci ildə istifadə etdiyi raketin ardından M75 adını verdikləri və Hayfaya son olaraq 2014-cü ildə atdıqları R160 adlı raketlər ilk dəfə ortaya çıxdı. 
 
Pilotsuz hava qurğusu istehsal etdi
 
Qəssam 14 iyul 2014-cü ildə mühəndisləri tərəfindən pilotsuz hava qurğusu istehsal etdiyini açıqladı. Bununla diqqəti çəkən Qəssam, İsrail hava sahəsində xüsusi vəzifələr icra etmək üçün hazırladıqları qurğunun 3 növünün olduğunu vurğuladı.
 
Əl-Qəssam Briqadaları hər hansı bir ordu kimi görünsə də, tərkibində mühəndis dəstəsi, Havadan Müdafiə dəstəsi, Topçu dəstəsi, Fədailər dəstəsi, Məntiqi dəstə kimi daha bir çox mütəxəssislərə sahib olduğunu ortaya qoyub. 
 
İsrailin 7 İyulda Qəzzaya qarşı başlatdığı "Qoruyucu Xətt" hərbi əməliyyatı zamanı İsrailin cənubi-qərbindəki Aşkelon bölgəsindəki Zekim hərbi bazasına qarşı həyata keçirdiyi basqını əl-Qəssam  "Tısbağa adamlar" adını verdiyi dalğıc dəniz komandosları ilə həyata keçirmişdi.
 
Əl-Qəssam ilk dəfə "Bettar" və "Yasin" kimi zirehdəlici raket istehsalını həyata keçirdiyini və İsrail istehsalı olan "Merkava" tankını yararsız hala gətirən partlayıcı bomba hazırladığını açıqladı.
 
Gilad Şalidi əsir götürmüşdülər
 
Briqadalar əsgərləri əsir götürmək kimi bir çox əməliyyat da həyata keçiriblər. Bunların ən əhəmiyyətlisi 2005-ci ildə İsrail ordusunun Gilad Şalid adlı əsgərinin əsir götürməsi və beləliklə İsraillə razılıq əsasında ona qarşılıq olaraq 1027 fələstinlini israil zindanlarından sərbəst buraxdırması olmuşdu. 
 
Qəssam Qəzzaya qarşı 2008 və 2012-ci illərdə başladılan müharibədə böyük texnoloji imkanlara sahib İsrail ordusuna ağır zərbələr vurmuşdu.