Müslim ibn Əqil, Müxtar Səqəfi və Hani ibn Ürvənin mübarək məzarları Ərbəin zəvvarlarının izdihamında -FOTO

Ərbəin ərəfəsində bütün Əhli-Beyt (ə) ziyarətgahlarında izdiham yaşanır. Əhli-Beyt (ə) sevərlər həmdə bu günlər İraqın Kufə şəhərinə  axın edir. 

Maide.az xəbər verir ki, belə ki, Kufə şəhərində yerləşən Müslim ibn Əqil, Muxtar Səqəfi və xas səhabələrdən Hani ibn Ürvənin pak ziyarətgahlarında zəvvar izdihamı yaşanır. 
 
Cənab Müslim ibn Əqil Bəni-Haşimin ləyaqətli cavanları arasında parlaq simalardan və mübariz şəxsiyyətlərdəndir. Atası Əqil İmam Əlinin (ə) qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Kərbəla hadisəsindən bir qədər İmam Hüseynin (ə) göstərişi ilə Kufəyə gəlmiş, burada xəyanətin qurbanı olaraq rəşadətlə şəhid olmuşdur.
 
Cənab Muxtar Səqəfi İslam tarixində şücaətli, çox ağıllı, bəyənilmiş xüsusiyyətlərə malik olması ilə yanaşı Əhli-beyt (ə) məhəbbəti və onların düşmənləri ilə düşmənçiliyi ilə dillərdə dastan olub. Məhəmməd ibn Məsud nəql edir: "Muxtar Übeydullah ibn Ziyadın (lən) başını İmam Səccada (ə) göndərdikdə o Həzrət şükür səcdəsi yerinə yetirib və buyurdu: “Allah Muxtara xeyir mükafat versin!”. Cənab Muxtar Səqəfi Kərbəla hadisənin qisasını alan şəxs kimi tarixdə şərəfli yerini tutub.  
 
Cənab Hani ibn Ürvə isə Peyğəmbərin (s) səhabələrindən, xas şiə və Əmirəlmöminin (ə) ürəkdən sevənlərdən olub. Süffeyn, Cəməl və Nəhrəvan döyüşlərində İslam düşmənlərinə qarşı döyüşüb. Kufəlilər öz əhd-peymanını sındırıb öz vəfasızlıqlarını Əhli-beyt (ə) və Müslüm ibn ibn Əqilə sübut etdikdən sonra cənab Hani cənab Müslimə sığınacaq verir. Bundan sonra cənab Hani həbs edilir. Müslim ibn Əqilnin (ə) şəhadətindən sonra Hani ibn Ürvənin ibn Ziyad (lən) tərəfindən şəhadətə yetirilir. /