Mundialda həlledici mərhələ start götürür

XX dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək

Olimpiya sistemi ilə davam etdiriləcək mundialın pley-off mərhələsi meydan sahiblərinin oyunu ilə başlayacaq. Cənubi Amerika təmsilçilərinin duelində Braziliya Çilini sınağa çəkəcək. Qrup mərhələsində hərəyə 2 qələbə qazanan komandalar ilk 1/4 finalçını müəyyənləşdirəcək. Bu oyunun qalibi növbəti mərhələdə də Cənubi Amerika komandası ilə - Kolumbiya – Uruqvay görüşünün qalibi ilə üz-üzə gələcək. Braziliya – Çili dueli bu gün, Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Gücə saatlarında isə 1/8 final mərhələsinin ikinci görüşü keçiriləcək. Burada Cənubi Amerika təmsilçiləri üz-üzə gələcək.
 
Öz qrupunun qalibi olan Kolumbiya Uruqvayı sınağa çəkəcək. Luis Suaresin cəzalanmasından sonra xeyli zəifləyəcəyi gözlənilən sonuncular 1/4 finala çıxmağa çalışacaq. Bunu bacaran komanda növbəti mərhələdə bir gün əvvəl qalib gələn yığma ilə görüşəcək. Kolumbiya - Uruqvay matçının start fiti Bakı vaxtı ilə gecə saat 01:00-da səslənəcək.
 
1/8 final
 
28 iyun
 
21:00. Braziliya – Çili
Belu-Orizonti. “Mineyro” stadionu
 
 
29 iyun
 
01:00. Kolumbiya – Uruqvay
Rio-de-Janeyro. “Marakana” stadionu