Nəcəfdə "Zəvvarlara xidmət komitəsi" yaradılıb

İraqın Nəcəf şəhərində İmam Əlinin (ə) mübarək məzarı və müqəddəs hərəminin ziyarətçilərinə daimi xidmət etmək üçün "Zəvvarlara Xidmət Komitəsi" təşkil edilib.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu barədə İmam Əli (ə) hərəminin idarəçiliyinin baş katibi Yusif Şeyx Razi xəbər verib.
 
O deyib ki, komitə ƏRBƏİN ziyarəti mərasimində zəvvarlara göstərilən xidmətlərin keyfiyyətinə nəzarət və xidmətlərin düzgün idarəedilməsi məqsədilə yaradılıb.
 
Y.Şeyx Razi deyib ki, cari ilin Ərbəin mərasimində öz işinə başlayan komitə daimi fəaliyyət göstərəcək. 
 
O qeyd edib ki, İmam Əlinin (ə) müqəddəs hərəminin "zəvvarlara xidmət" layihəsi çərçivəsində bir neçə layihə həyata keçirəcək. Zəvvarların yemək və içməklə təmin etmək, onlara tibbi xidmətlərin göstərilməsi bu layihə çərçivəsində həyata keçiriləcək.
 
Layihənin icrasında təhlükəsizlik qüvvələri də həmkarlıq edəcək.