Üçüncü dünya müharibəsinə hazırlaşaqmı?

Ukraynadakı hadisələr yenidən alovlansa, deyə bilərik ki, bu, Üçüncü Dünya müharibəsinin həyəcan təbili olacaq. 
 
Bu ehtimala biz tam ciddi yanaşmalıyıq. Tarix boyu müharibənin rəngi cəmiyyətlərin inkişafı fonunda dəyişirdi. Bugünkü gündə isə müharibə üçüncü mərhələyə keçib. Birinci mərhələ - köçəri və oturaq xalqlar arasında baş verən müharibələr, ikinci mərhələ - qlobal müstəmləkə müharibələr idi. Buraya Birinci və İkinci Dünya müharibələrini aid etmək olar. Hal-hazırda biz dünya mühadibələrin yeni bir erasına daxil oluruq. Onun özəlliyi bundan ibarətdir ki, döyüş yerləri kosmos, kiberfəza və su məkanı olacaq. Bir ölkənin texniki təchizatı və elminin inkişaf səviyyəsi müharibədə uğur qazanmasında olduqca böyük rolu olacaq.  
 
Hazırda kosmosda rəqabət su məkanında çəkişmələrlə bağlıdır. Böyük dövlətlər bu məsləyə artıq İkinci Dünya müharəbəsi zamanından böyük önəm verir. XIX əsrin sonunda amerikalı tarixçi Alfred Mexen “Dəniz qüvvəsi” teoriyasını irəli sürüb. Orasa ciddi diqqət hərbi-dəniz qüvvələrinin artırılmasına yönəldilib ki, bu da deyilən fikri bir qədər də gücləndirir.  
 
İndiki zamanda da Şimali Buzlu, Sakit və Hind okeanlarının üzərində böyük dövlətlərin ciddi nəzarəti gedir. Bu nəzarətə görə, böyük dövlətlər arasında mübarizələr gedir və hətta bu mübarizənin yeni dünya müharibəsinə çevrilə biləcəyi ehtimalı verilir.