Kərbəla şəhidləri – Əbu Şəsai Kindi

O, əvvəldə İbn Sədin qoşununda idi. Amma iş döyüşlə nəticələndikddə, İmam Hüseynə (ə) qoşuldu. Mahir oxatan idi və döyüşə gedərkən İmam (ə) onun haqqında belə dua etdi:
 
اللَّهُمَّ سَدِّدْ رَمْيَتَهُ وَاجْعَلْ ثَوابَهَ الْجَنَّة
 
“İlahi! Onun oxunu hədəfə yetir və onu Cənnətlə mükafatlandır!”
 
Əbu Şəsai oxları atıb qurtardıqdan sonra qılıncı ilə düşmən səflərinə tərəf şığıdı və bu rəcəzi oxudu:
 
انَا یزیدُ وابِی مُهاصر                 اشْجَعُ مِنْ لیثٍ بِغَیلٍ خادِرْ
یا رَبِّ انّی لِلْحُسین ناصر         وَلِابْنِ سَعْدٍ تارِكٌ و هاجر.
 
“Mənəm Mühasirin oğlu Yezid, cəngəl aslanından şücaətli! İlahi! Mən Hüseynin köməkçisiyəm, İbn Sədi tərk edib ondan uzaqlaşmışam.”
 
O, qəhrəmancasına döyüşərək şəhadətə yetdi.
 
Maide.Az