Neft qiymətləri ‘ikinci dalğa’ qorxusu ilə düşür

Çində yenidən koronavirusa yoluxma faktlarının aşkar edilməsi və digər ölkələrdə də yoluxanların artması pandemiyada ikinci dalğa baş verəcəyi narahatlıqlarını artırıb. Bu vəziyyət onsuz da kövrək olan iqtisadi inkişaf üçün təhdid yaradır və neft qiymətləri düşür. 
 
Maide.Az "Marja" istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30-da Brent nefti 3,7% ucuzlaşma ilə 37,69 dollardan, Qərbi Texas nefti isə 5% ucuzlaşma ilə 34,41 dollardan alıcı tapıb.
 
Xam neftin altı həftə davam edən "rallisi", keçən həftə, virus epidemiyasında ən pisin hələ geridə qalmadığı narahatlıqlarının artmasından və Fed-in pandemiyanın ABŞ iqtisadiyyatına daha böyük ziyan vura biləcəyi  xəbərdarlığından sonra dayanıb. Ancaq OPEC + koalisiyasının hasilatı azaltması və ABŞ-da istehsalın geriləməsi qiymətlərin bir daha Aprel ayında olduğu kimi mənfi səviyyələrə düşəcəyi ehtimalını azazaldır.
 
Əgər Çində koronavirusun ikinci dalğası olsa, dünyanın digər ölkələrində də bunun reallaşacağı qorxusu var.
 
Həmçinin Brent nefti 40 dollar səviyyəsinə yaxınlaşdıqca ABŞ-da şist nefti istehsalı yenidən arta bilər.