İngiltərə Premyer Liqasının qalibi Manchester City oldu

Bazar günü mayın 12-də İngiltərədə futbol Premyer Liqasının sonuncu turunun matçları keçirilib.
 
Premyer Liqa çempionluğu məsələsi də məhz sonuncu turda həll olunub.
 
Belə ki, sonuncu tur ərəfəsində Premyer Liqada çempionluğa iki klub iddialı idi: Manchester City və Liverpool.
 
Manchester City xal fərqinə görə Liverpool-dan irəlidə olduğuna görə Liverpool yalnız Manchester City uduzacağı, özü isə udacağı halda çempion ola bilərdi.
 
Lakin Premyer Liqanın sonuncu turu sürprizsiz başa çatıb: Manchester City rəqibi Brighton klubuna 4:1 hesabı ilə qalib gələrək İngiltərə Premyer Liqası çempionluğunu qazanıb.
 
Premyer Liqanın gümüş mükafatçısı Liverpool, bürünc mükafatçısı isə Chealsea klubları olub. /bbc /